Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri ilə ipoteka kreditləşdirilməsi portfeli 2013-cü ildə 100 mln. manat təşkil edə bilər. Bu barədə çərşənbə günü jurnalistlərə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat verib.
"2013-cü ildə dövlət büdcəsindən sosial ipotekaya 40 mln. manat ayrılacaq. Həmçinin kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi planlaşdırılır. Buna görə də 2013-cü ildə Azərbaycanda ipoteka kreditləşdirilməsinin (AİF-in xətti ilə – İF-Az) ümumi həcmi 100 mln. manat təşkil edə bilər", - deyə E.Rüstəmov bildirib.
Onun sözlərinə görə, AİF-in portfelinin genişləndirilməsi üçün gələn il xaricdən vəsaitin cəlb ediləcəyi istisna edilmir.
E.Rüstəmov əlavə edib ki, hazırda Prezident Administrasiyası nağdsız hesablaşmaların stimullaşdırılması üçün Dövlət Proqramı layihəsini nəzərdən keçirir (2013-2017-ci illərdə Azərbaycanda elektron ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı – İF-Az). "Bizim qiymətləndirmələrimizə görə, bu proqramın həyata keçirilməsi bank sistemi aktivlərini iki dəfə artırmağa imkan verəcək", - deyə E.Rüstəmov qeyd edib.
AİF 2005-ci ilin dekabrında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən 27 agent bank vasitəsilə kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 35 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil.
2011-ci ildə AİF-in vəsaitləri hesabına ipoteka kreditləşdirilməsinin həcmi 95,54 mln. manat, 2012-ci ilin yanvar-noyabr aylarında 60,44 mln. manat təşkil edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət