2012-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda ÜDM-in nominal həcmi 48,2 mlrd. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,2% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin saytında yerləşdirilmiş məlumatda qeyd edilir.
Yanvar-noyabr aylarında qeyri-neft sektorunda ÜDM 9,7% - 24,7 mlrd. manatadək artıb. ÜDM-in ümumi həcmində onun xüsusi çəkisi 51,2%-dir.
Hesabat dövründə neft-qaz sektorunda ÜDM 6,5% azalıb.
DSK-nın məlumatına görə, ÜDM-in 50,5%-i sənayedə, 9,9%-i tikintidə, 5,7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 6,7%-i ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 4,8%-i nəqliyyat və anbar təsərrüfatında, 1,8%-i informasiya və rabitə xidmətlərində, 1,5%-i turistlərin yerləşdirilməsi və iaşə xidmətləri sahəsində, 12,7%-i isə sosial və digər xidmət sahələrində istehsal edilib.
Yanvar-noyabr aylarında Azərbaycanda ÜDM-in hər nəfərə həcmi 5253,9 manat (6686,8 ABŞ dolları) təşkil edib.
2012-ci ildə Azərbaycan hökuməti ÜDM artımını 2,2% səviyyəsində proqnozlaşdırır.
2011-ci ildə Azərbaycanda ÜDM 0,1% artıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət