2012-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda sənaye sahəsində məhsul istehsalının həcmi 31 mlrd. manat təşkil edib ki, bu da 2011-ci ilin analoji dövrünün göstəricisindən 3,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə sənaye məhsulu istehsalı neft sektorunda 5,3% azalıb, qeyri-neft sektorunda isə 7,4% artıb.
Cari ilin yanvar-noyabr aylarında məhsulun 75,7%-i mədənçıxarma bölməsində, 18,8%-i emal bölməsində, 4,9%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.
Emal bölməsinin məhsullarından qida məhsulları istehsalı 3,2%, içki istehsalı 8,6%, toxuculuq sənayesi məhsulları istehsalı 72,2%, geyim istehsalı 32,9%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 9,1%, kağız və karton istehsalı 30,4%, poliqrafiya məhsulları istehsalı 2,5 dəfə artıb.
Bundan başqa, tikinti materialları istehsalı 18,1%, metallurgiya sənayesi məhsulları istehsalı 17,6%, hazır metal məmulatları istehsalı 60,4%, kompüter və digər elektron avadanlıqları istehsalı 7,1 dəfə, elektrik avadanlıqları istehsalı 77,3%, sair nəqliyyat vasitələri istehsalı 24,6%, mebel istehsalı 2,6 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri 34% artıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət