Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 2012-ci ilin yekunlarına əsasən, $12 mlrd. təşkil edəcək. Bu barədə “İnterfaks -Azərbaycan” agentliyinə AMB İdarə Heyəti sədrinin müavini Aftandil Babayev məlumat verib.
“2012-ci ilin yekunlarına əsasən, AMB-nin valyuta ehtiyatları $12 mlrd.səviyyəsində olacaq, 2014-cü ilə qədər isə $15 mlrd.səviyyəsinə çatacaq”,- deyə A.Babayev bildirib.
Onun sözlərinə görə, bankın valyuta ehtiyatlarının artımı valyuta bazarlarında aparılan fəal əməliyyatlarla bağlıdır.
“2012-ci ilin əvvəlindən AMB –nin valyuta bazarında intervensiyası (milli valyutanın kursunun sabit saxlanılması üçün xarici valyuta satın almaları- İF-Az) $1,5 mlrd. təşkil edib.2012-ci ilin ərzində AMB valyuta bazarında təxminən $2 mlrd.səviyyəsində sterilləşdirmə planlaşdırır. 2013-cü ilə biz valyuta bazarında təxminən $3 mlrd. həcmində intervensiya planlaşdırırıq.Bu bir qədər az və ya çox ola bilər”,- deyə A.Babayev bildirib.
Dekabrın birinə AMB-nin valyuta ehtiyatları 11 mlrd.686 mln. təşkil edib.11 ay ərzində 11,5% artıb.
Xəbər verildiyi kimi, 2012-ci il yanvarın 1-nə AMB-nin valyuta ehtiyatları $10 mlrd. 481,5 mln.səviyyəsində olub.
2011-ci ildə bankın valyuta ehtiyatları 63,5 % artıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət