“Bank of Baku” Bakı Fond Birjasında 10 mln. manat məbləğində istiqrazlar yerləşdirib. Bu barədə bankdan məlumat verilib.
Məlumatda qeyd edilir ki, dekabrın 14-də bank 10 mln. manat məbləğində istiqrazların yerləşdirilməsinə başlayıb. İlk gün ərzində onların bütün həcmi yerləşdirlib.
“Yerləşdirilmə çərçivəsində cəlb edilən vəsaiti bank riteyl əməliyyatların maliyyələşdirilməsinə, alınmalar portfelinin diversifikasiyasına yönəltməyi planlaşdırır”, - deyə məlumatda qeyd edilir.
Hazırda “Bank of Baku”-nun aktivləri 485,7 mln. manata bərabərdir, bu isə cari ilin əvvəlinə olan göstəricini 54% ötüb. Bankın məcmu kapitalı 92,5 mln. manata bərabərdir.
Emissiya bir qiymətli kağız üçün nominalı 1 min manat olan 10 min təmin olunmamış istiqraza bölünüb.
İstiqrazların dövriyyə müddəti – 12 ay, faiz dərəcəsi – illik 3%-dir.
Yerləşdirmənin anderrayteri “Raşa Kapital” MMC-dir.
“Bank of Baku” 1994-cü ildə yaradılıb. “Bank of Baku” və “İlkbank” 2004-cü ilin II yarısında başlanmış birləşmə prosesini 2005-ci ilin fevralında yekunlaşdırıb. Birləşmənin nəticəsi olaraq "Bank of Baku Kommersiya Bankı" ASC yaradılıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət