2013-cü il yanvarın 1-dən etibarən Azərbaycanda gəlirə verginin maksimal dərəcəsinin cari 30%-dən 25%-dək azaldılması təklif edilir.
Çərşənbə axşamı Milli Məclisin İqtisadi siyasət komitəsi Vergi Məcəlləsinə düzəlişlər layihəsini bəyənib. Bu barədə iclasda iştirak edən “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verib.
“Həmin təkliflərə gəlirə verginin dərəcəsində dəyişikliklər daxildir”, - deyə komitənin iclasında vergilər nazirinin birinci müavini Natiq Əmirov bildirib.
Onun sözlərinə görə, həmin dəyişikliklərə əsasən, gəlirə verginin maksimal dərəcəsinin cari 30%-dən 25%-dək azaldılması təklif edilir.
Bundan başqa, 14% dərəcə ilə vergi tutulan gəlirlərin məbləğinin 2 min manatdan 2,5 min manatadək artırılması təklif edilir.
“Rəylərimizə əsasən, gəlirə verginin maksimal dərəcəsinin 25%-dək azalması və 14% dərəcə ilə vergi qoyulan gəlirlərin 2,5 min manatadək artımı hesabına Azərbaycan büdcəsinin zərəri illik 50 mln. manat təşkil edəcək. Lakin, hesab edirik ki, bu zərələr əmək haqqlarının leqallaşdırılması və artırılması hesabına tamamilə ödəniləcək”, - deyə N.Əmirov əlavə edib.
O həmçinin qeyd edib ki, Məcəlləyə düzəlişlərdə fiziki şəxslərin (sahibkarlıq fəaliyyəti ilə mə.ğul olamyan – İF-Az) 14% dərəcə ilə vergi tutulan gəlirlərinin məbləğinin 24 min manatdan 30 min manatadək artırılması nəzərdə tutulur.
N.Əmirov vurğulayıb ki, düzəlişlərdə idman oyunlarından (mərclərdən) olan uduşlar şəklində vətəndaşlar, Azərbaycanın eks-prezidentləri və onların ailələrinin üzvləri tərəfindən əldə edilən gəlirlərin ƏDV-dən azad edilməsi və həmçinin bu vergi növü üzrə digər güzəştlər nəzərdə tutulur.
Ümumilikdə, Vergi Məcəlləsinə vergi yükünün azalması, vergi ödəyicilərinin hüquqlarının müdafiəsi, vergi idarəçiliyinin güclənməsi, vergi sisteminin inkişafına yönələn 129 dəyişiklik və əlavələrin daxil edilməsi nəzərdə tutulur.
Azərbaycan parlamenti dekabrın 21-də plenar iclasda Vergi Məcəlləsinə düzəlişlər layihəsini müzakirə edəcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət