Çərşənbə axşamı Bakıda BP şirkətinin rəhbəri Robert Dadli və SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) prezidenti Rövnəq Abdullayev arasında SOCAR və BP şirkətləri tərəfindən yaradılmış Azəri-Çıraq Günəşli (AÇG) layihəsi üzrə terxniki işçi qrupun fəaliyyəti müzakirə olunub.Bu barədəANS telekanalı məlumat yayıb.
“R.Dadli son üç ay ərzində yaradılmış AÇG üzrə işçi qrupa SOCAR tərəfindən göstərilən köməyə görə R.Abdullayevə minnətdarlığını bildirib.Hər iki tərəf birgə işdən
və gələn il görüləcək tədbirlərə hazırlıq işlərindən məmnunluq ifadə ediblər”,- deyə telekanal bildirib.
Görüşdən sonra R.Abdullayev jurnalistlərə bildirib ki, tərəflər 2013-cü ildə AÇG üzrə görüləcək işlərin proqramını müzakirə ediblər
“ Ölkə Prezidentinin çıxışından sonra biz böyük yol qət etdik, əsasən BP şirkətinin texniki qrupları çox iş görüblər. SOCAR və BP arasında yaxşı iş, uğurlu əməkdaşlıq alındı, 2013-cü ildə AÇG blokunda hasilatın stabillləşdirilməsi məqsədi ilə görüləcək işlərin proqramı dəqiqləşdirildi”,- deyə R.Abdullayev bildirib.
Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti çərşənbə günü Nazirlər Kabinetinin geniş iclasında qeyd edib ki, AÇG yataqlar blokundan neft hasilatının azalması layihənin opreatoru olan bp şirkətinin fəaliyyətində yol verdiyi nöqsanların nəticəsidir.
Onun sözlərinə görə, AÇG blokunda neft hasılatı ilə məşğul olan ABƏŞ konsorsiumu kobud səhvlərə yol verib. Bunun nəticəsində AŞG blokundan neft hasilatı kəskin şəkildə azalmağa başlayıb.
Bununla yanaşı İ.Əliyev əlavə edib ki, söhbət ondan getmir ki, biz pik səviyyəsinə çatdıq və ondan sonra təbii tənəzzül prosesləri yaşanır. Söhbət ondan gedir ki, verilən proqnozlar yerinə yetirilmir ”,- deyə dövlət başçısı əlavə edib
“2009-2012-ci il üzrə hasilat proqnozları nəzərə alsaq görərik ki, Azərbaycanın bilavasitə əldə edilməmiş gəliri $8,1 mlrd.-dır .
Daha əvvəl SOCAR prezidentinə istinadən bildirilirdi ki, dövlət başçısı İlham Əliyevin əmrinə müvafiq olaraq SOCAR və BP AÇG blokuynda hasilatın sabitləşməsi üçün proqram hazırlayırlar.2013-cü il üçün nəzərdə tututlan proqram hasilatın 33 mln ton səviyyəsinə çatdıərılmasını nəzərdə tutur.uzunmüddətli hasilat proqramı 2014-2024-cü illəri əhatə edir və bu blokdan 2020-ci ilə qədər 33-34 mln. ton səviyyəsində neft istehsalını nəzərdə tutur.“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin il dekabrın 12-də qüvvəyə minib.
Hazırda layihənin iştirakçıları: “BP” (Böyük Britaniya - 34,1367% - operator), Amerikanın “Chevron” (10,2814%), “ExxonMobil” (8,0006%), “Devon Energy” (5,6262%) və “Amerada Hess” (2,7213%) şirkətləri, ARDNŞ (10%), Yaponiyanın “Inрex Corр.” (10%) və “ITOCHU Oil” (3,9205%) “Statoil” ( Norveç 8,5633%) və “TPAO” (Türkiyə 6,75%) şirkətlərdir.
“Çıraq” yatağından 1997-ci ilin noyabr ayından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci il fevralın 13-dən, qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, şərq hissəsindən 2006-cı il oktyabrın 21-dən, “Günəşli” yatağının dərinsulu hissəsindən isə 2008-ci il aprel ayının əvvəlindən neft hasilatına başlanılıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət