Milli Məclisin Iqtisadi siyasət komitəsinin çərşənbə axşamı keçirilən iclasında “Dövlət rüsumu haqında” qanuna düzəlişlər layihəsi qəbul edilib. Bu barədə “İinterfaks- Azərbaycan” agentliyinin parlament müxbiri iclasdan xəbər verir.
“Dövlət rüsumu haqqında qanun 2001-ci ildə qəbul edilib.Bəzi xidmət növləri üzrə dövlət rüsumu 2001-ci ildən dəyişməyib.Buna görə bəzi xidmət növləri üzrə dövlət rüsumlarının qiymətlərinin artırılması zərurəti yaranıb.Üstəlik, 2001-ci ildən əmək haqlarının həcmi əhəmiyyətyli dərəcədə dəyişib. Ötən dövr ərzində inflyasiya 124% təşkil edib”,-deyə Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri Cəmil Əlizadə düzəlişlər mətnini təqdim edərkən bildirib.
Onun sözlərinə görə, 2003-cü ildə dövlət büdcəsinə dövlət rüsumlarının toplanmasından daxilolmalar 23 mln. manat təşkil edibsə, 2011-ci ildə bu göstərici 105 mln. manata çatıb.
. Qanuna düzəlişlər məhkəmə iddialarında dövlət rüsumunun həcmini müəyyən edir.Bildirilib ki, dövlət rüsumlarının həcmi 10-40 manat həddində olacaq. Məsələn, nikahın pozulması barədə məhkəmə iddiası qaldırmaq üçün rüsum 20 manat, nikah pozularkəın əmlakın bölünməsi məqsədi ilə məhkəmə iddiası qaldırmaq üçün isə 40 manat təşkil edəcək.
Düzəlişlərə əsasən, əmlakın notariusda digər şəxsin adına qeyd edilməsi üçün dövlət rüsumu əgər əmlak Bakıdadırsa 200 manat, digər şəhər və rayonlardadırsa 80 manat təşkil edəcək.
Bundan başqa, nəqliyyat vasitələrinin verilməsi, bağışlanması üzrə notarius qeydiyyatının dövlət rüsumu 10-50 manat, sosial ipoteka barədə saziş başğalanarkən 22-55 manat, adi şərtlərlə ipoteka müqaviləsi təsdiqlənərkən 44-110 manat təşkil edir.
Bununla yanaşı avtomobil və motosklet idarə etmək üçün sürücülük vəsiqəsinin dövlət rüsumu 18 manat, traktor, tikinti, kənd təsərrüfatı və digər nəqliyyat vasitələrinin idarə edilməsi üçün vəsiqələrin dövlət rüsumu 5 manat təşkil edəcək.
“Bu düzəlişlərin qəbul edilməsi Azərbaycanın dövlət büdcəsinə əlavə 10 mln. manat həcmində daxilolmanı təmin edəcək”,- deyə C.Əlizadıə bildirib.
“Dövlət rüsumu haqqında” qanuna düzəlişlər Milli Məclisin 21 dekabrda keçiriləcək plenar iclasında müzakirə olunacaq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət