Azərbaycan İpoteka Fondu (AİF) çərşənbə axşamı hərracda 5 mln. manat məbləğində istiqraz yerləşdirilib. Bu barədə fondun məlumatında deyilir.
“Təqdim edilən sifarişlərin ümumi həcmi 9 mln. 915 min manat təşkil edib. Hərracın yekunlarına əsasən, istiqrazların bütün həcmi - hərraca çıxarılmış 5 mln. manat yerləşdirilib”, - deyə məlumatda qeyd olunur.
Hərracda 1 investor iştirak edib.
İstiqrazların ödənmə tarixi 22 yanvar 2022-ci ildir.
Beləliklə, AİF 5-ci emissiyadan ümumi həcmi 30 mln. manat olan istiqrazların yerləşdirilməsini başa çatdırıb. Fond bu vəsaitləri 9 hərracda yerləşdirib.
AİF 2009-2012-ci illərdə 5 emissiya çərçivəsində ümumilikdə 240 mln. manat məbləğində istiqraz yerləşdirib.
Xəbər verildiyi kimi, QKDK 2012-ci il yanvarın 16-da AİF-in 30 mln. manat məbləğində istiqrazlarının beşinci emissiya prospektini qeydiyyata alıb. Emissiya hər bir istiqrazın nominal dəyəri 1 min manat olan 30 min istiqraza bölünüb. İstiqrazların tədavül müddəti 10 ildir. İstiqrazlar illik 3% dərəcə ilə buraxılıb.
AİF 2005-ci ilin dekabrında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən 27 agent bank vasitəsilə kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 35 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil.
2011-ci ildə AİF-in vəsaitləri hesabına ipoteka kreditləşdirilməsinin həcmi 95,54 mln. manat, 2012-ci ilin yanvar-noyabr aylarında 60,44 mln. manat təşkil edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət