Milli Məclis cümə günü keçirilən plenar iclasda yol vergisi dərəcələrində dəyişiklikləri təsdiq edib. Bu barədə iclasda iştirak edən “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verib.
Parlament cümə günü Vergilər Məcəlləsində yol vergisinin yığılması mexaniziminin təkmilləşdirilməsini nəzərdə tutan düzəlişləri təsdiq edib.
Düzəlişlərə yol vergisinin yığılmasına aid olan 5 dəyişiklik daxildir.
Xüsusilə, motorun gücü və respublikada olma müddətindən asılı olaraq Azərbaycan ərazisinə daxil olan minik avtomobillərə yol vergisinin fərqli dərəcələrinin tətbiqi nəzərdə tutulur:
Respublikada olma müddəti | Əgər motorun gücü 2000 kub. sm.-yə qədər təşkil edirsə | Əgər motorun gücü 2000 kub. sm.-dən 4000 kub. sm.-yə qədər təşkil edirsə | Əgər motorun gücü 4000 kub. sm.-I ötürsə |
1 aya qədər |
$15 | $20 | $40 |
3 aya qədər | $30 | $40 | $60 |
1 ilə qədər | $40 | $80 | $120 |
1 ildən artıq | 1 ildən sonra hər gün üçün $40 + $0,5 | 1 ildən sonra hər gün üçün $80 + $0,6 | 1 ildən sonra hər gün üçün $120 + $1,2 |
Bundan başqa, bir ildən artıq müddətə Azərbaycanmda olan avtobuslar üçün yol vergisinin dərəcələrinə təkrar baxılıb:
Müddət | 12-yə qədər sərnişin yerlərinin sayı | 13-dən 30-dək sərnişin yerlərinin sayı | 31 və daha artıq sərnişin yerlərinin sayı |
1 ildən artıq | 1 ildən sonra respublikada olduqları hər günə görə $1050 + $12 | 1 ildən sonra respublikada olduqları hər günə görə $1400 + $15 | 1 ildən sonra respublikada olduqları hər günə görə $1750 + $20 |
Həmçinin 1 ildən artıq müddətə yük nəqliyyat vasitələrinin respublikada olduqlarına görə yol vergisinin dərəcələrinə təkrar baxılıb:
Müddət | 4-çarxlı yük nəqliyyat vasitələri | Çarxlarının sayı dörddən artıq olan yük nəqliyyat vasitələri üçün |
1 ildən artıq | 1 ildən artıq respublikada olduqları hər günə görə $1400 + $15 | 1 ildən artıq respublikada olduqları hər günə görə $2800 + $30 |
Bundan başqa, düzəlişlərə avtomobil nəqliyyatı sahibləri üçün (kənd təsərrüfatı texnikası və büdcə təşkilatlarının balansında olan avtonəqliyyat vasitələri istisna olmaqla) yol vergisinin dərəcələrində dəyişikliklər daxildir:
Vergiqoyma obyekti | Yol vergisinin dərəcəsi |
Minik avtomobilləri, avtobuslar və digər avtonəqliyyat vasitələri | |
Motorun gücü 2000 kub. sm.-yə qədər | 20 manat |
Motorun gücü 2000 kub. sm.-dən 3000 kub. sm.-yə qədər | 20 manat + 0,02 manat 2 000 kub. sm.-dən artıq hər kub. sm. üçün |
Motorun gücü 3000 kub. sm.-dən 4000 kub. sm.-yə qədər | 40 manat + 0,03 manat 3 000 kub. sm.-dən artıq hər kub. sm. üçün |
Motorun gücü 4000 kub. sm.-dən 5000 kub. sm.-yə qədər | 70 manat + 0,04 manat 4 000 kub. sm.-dən artıq hər kub. sm. üçün |
Motorun gücü 5000 kub. sm.-dən artıq | 110 manat + 0,05 manat 5 000 kub. sm.-dən artıq hər kub. sm. üçün |
Bundan başqa, təhlükəli yüklərin daşınması zamanı yol vergisinin fəqrli dərəcəsinin tətbiqi nəzərdə tutulur. Sənədə əsasən, yükün nə dərəcədə təhlükəli olmasından asılı olaraq yük nəqliyyat vasitəsinin Azərbaycan ərazisində olması müddəti ilə bağlı vergi yığılacaq.
Qeyd edilən düzəlişlər 2013-cü il yanvarın 1-dən qüvvəyə minəcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət