İqtisadi İnkişaf Nazirliyi iqtisadi araşdırmalar üzrə layihələrin maliyyələşdirliməsi üçün müsabiqədə iştirak etmək məqsədi ilə nazirlik, idarə və müəssisələrdən müraciətlərin qəbuluna başlayıb.Bu barədə nazirliyin məlumatında bildirilir.
Layihələrin seçimi üç istiqamətdə həyata keçiriləcək: orta və uzunmüddətlui layihələrin, eləcə də sənədlərin işlənməsi; tövsiyələrin təhlili və işlənməsi; texniki kompüter bazasının yaradılması.
Orta və uzunmüddətli latyihələrin və normativ sənədlərin işlənməsi iqtisadiyyatda struktur dəyişikliklərinin aparılması, iqtisadiyyatın idarə edilməsində effektivliyin artırılması, sənayedə struktur dəyişikliklərin aparılması, investisiya proseslərinin aktivləşməsi, TİƏ-nin inkişafı, təbii inhisarların fəaliyyətinin tənzimlənməsi,regionların inkişafı,məşğulluq probleminin həlli, ASK-nin inkişafı ilə başğlı laihələrlə əlaqədar olmalıdır.
Bundan başqa, bu istiqamətdə layihələr ixrac strukturunun təkmilləşdirilməsi və istehlak bazarının tənzimlənməsi, maliyyəı-bank, vergi və gömrük sisteminin təkmilləşdirilməsi, sosial sahədə(əmək haqqının verilməsi, mənzil kommunal təsərrüfatları, təhsil, səhiyyə, pensiya sistemi) islahatların aparılması, təbii resursların daha səmərəli istifadəsi və ekologiyaya mənfi təsirinin azaldılmasını nəzərdə tutmalıdır.
Tövsiyələrin işlənməsi və təhlili üzrə layihələr sosial-iqtisadi inkişafın qiymətləndirilməsi və müvafiq tövsiyələrin hazırlanması; infrastrun müxtəlif sahələrinin təhlili və tövsiyələrin hazırlanması ilə əlaqədar olmalıdır.
Bundan başqa, bank sektorunun fəaliyyəti, valyuta və pul bazarının tənzimlənməsi, iqtisadiyyata investisiyaların qoyulma prosesi, özəlləşdirilmənin aparılması, xarici iqtisadiyyat əlaqələrinin inkişafı, istehlak bazarının formalaşdırılması ilə bağlı analitik işlər ola bilər. Bununla yanaşı, bu istiqamətdəki bütün tədqiqat işləri təhlillərin nəticələrini və vəziyyətin yaxşılaşdırılması üzrə tövsiyələri əks etdirməlidir.
Texniki- kompüter bazasının yaradılması üzrə layihələr lazımı avadanlıqların alınması və quraşdırılması, informasiya təminatı sisteminin abonent mərkəzinin yaradılması, məlumat bazasının yaradılması, müxtəlif proqram təminatının hazırlanması ilə əlaqədar olmalıdır.
Şərtlərə əsasən, bir layihənin dəyəri 50 min manatı üstələməməli və layihənin reallaşdırılması 2013-cü ilin dekabrından gec olmayaraq başa çatdırılmalıdır.
Bu layihələ və araşdırmaların maliyyələşdirilməsi 2013-cü il üçün dövlət büdcəsində nəzərdə tutulan vəsaitlər hesabına həyata keçirilcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət