Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “Oğuz şərab” ASC-nin 98,4% səhmini investisiya müsabiqəsinə çıxarıb. Bu barədə “İnterfaks -Azərbaycan” agentliyinə komitədən bildirilib.
ASC-nin 120,069 min səhminin satışı üzrə müsabiqədə həm yerli, həm də xarici investorlar iştirak edə bilərlər.
Müsabiqə iştirakçıları tərəfindən hazırlanan investisiya proqramı yüksək keyfiyyətli şərab məhsullarının istehsalına yönəldilməlidir.
Bununla əlaqədar proqrama müəssisənin yeni texnoloji avadanlıqlarla təchizi, qurğuların təmiri və tikintilərin yenidənqurulması, məhsulun çeşidinin artırılması,iş yerlərinin bərpası daxil edilməlidir.Həmçinin, investisiya proqramına bu məqsədlərlə ayrılan investisiyaların həcmi və müddəti daxil edilməlidir.
Müsabiqə qalibi səhmlər üçün dövlət büdcəsinəən az 110 min manat köşürməlidir.
Müsabiqənin qalibi ilə səhmlərin alqı-satqısı haqqında müqavilə müsabiqənin nəticələrinin təsdiq olunduğu andan etibarən 60 gündən gec olmayaraq imzalanmalıdır. Müqavilə imzalandıqdan sonra müsabiqənin qalibi bəyan edilmiş sərmayənin həcminin 5%-ni 90 gün ərzində SC-nin hesabına, səhmlərə görə müsabiqə təklifində nəzərdə tutulmuş vəsaiti isə dövlət büdcəsinə köçürməlidir.
Müsabiqə üzrə təkliflər 2013-cü il yanvarın 22-dək qəbul ediləcək. Təkliflərin qiymətləndirilməsi 2013-cü il yanvarın 23-də keçiriləcək.
ASC Oğuz rayonunda yerləşir.Müəssisə 1983-cü ildə istismara verilib və şərab emalı, tərəvəz məhsullarının konservləşdirilməsi ilə məşğul olur, 22 işçisi var.
2012-ci il noyabrın 1-nə ASC-nin öhdəlikləri 364398 min manat, debitor borcları 42,145 min manat təşkil edir.
Müəssisənin nizamnamə kapitalı 2012-ci il noyabrın 1-nə 244,038 min manata bərabərdir və nominal dəyəri 2 manata bərabər olan adi səhmlərə bölünüb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət