Öz hüquqları barədə məlumatsızlıq Azərbaycan əhalisinin əsas problemidir. Bu barədə çərşənbə axşamı Bakıda jurnalistlərə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova məlumat verib.
«Azərbaycanda çox güclü qanunvericilik bazası var. Bu məsələdə əhalinin maarifləndirilməsi böyük rol oynaya bilər, biz insanları hüquqları barədə məlumatlandırmalıyıq ki, onlar bu hüquqlardan istifadə edə bilsinlər", - deyə H.Hüseynova "Sağlam ailə sağlam gələcəyin təminatıdır" mövzusunda tədbirdə bildirib.
Onun sözlərinə görə, bu il Dövlət Komitəsinə 2 min müraciət və şikayət daxil olub. Bu onu göstərir ki, hər hansı problemlə üzləşərkən yardım edə bilən müvafiq instansiyaya müraciət etmək olar.
«Bu ondan xəbər verir ki, insanlar həm özlərinə, həm də qanunlara daha hörmətlə yanaşmağa başlayıblar. Bu o demək deyil ki, belə işlərlə yalnız bizim komitə məşğul olur, amma biz insanlara doğru istiqamət göstərə bilərik, izah edirik ki, hüquqi yardım göstəririk", - deyə H.Hüseynova söyləyib.
Komitə sədri, həmçinin qeyd edib ki, cəmiyyətdə bununla əlaqədar böyük dəyişikliklər baş verir, "insanlar bizim fəaliyyətimizə və çağırışlarımıza düzgün reaksiya verməyə başlayıb". "Vaxt var idi ki, biz gender məsələlərini qaldıranda, bizə qarşı çıxanlar var idi", - deyə o əlavə edib.
H.Hüseynova vurğulayıb ki, son il ərzində Dövlət Komitəsinə daxil olmuş 2 min müraciətin əksər hissəsini gənc qızların təhsili, erkən yaşda ailə qurması, işə düzəlməsi ilə bağlı məsələlər təşkil edir.
«Bununla əlaqədar biz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sıx əməkdaşlıq edirik, bizim qazanca ehtiyacı olan insanların əməyə cəlb olunması ilə məşğul olan Məşğulluq Fondumuz var, biz, həmçinin qadınlar, eləcə də qaçqınlar və məcburi köçkünlər arasında təlimlər keçiririk", - deyə komitə sədri vurğulayıb.
H.Hüseynova qeyd edib ki, Dövlət Komitəsinin əməkdaşları məişət zorakılığından zərər çəkmiş qadınlara məhkəməyə düzgün formada müraciət etməkdə kömək edirlər.
"Son zamanlar bizdən ölkədə məişət zorakılığı hallarının sayının niyə artdığını soruşurlar. Biz cavab veririk ki, bu, qadının artıq buna dözmək istəməməsi ilə əlaqədardır", - deyə Dövlət Komitəsinin sədri izah edib.
Onun sözlərinə görə, əgər əvvəllər qadınlar utanırdılarsa, qorxurdularsa, bu gün vəziyyət belədir ki, qadın özünü müdafiə edə bilər, o, özünə inanır.
«Qadının dövlət tərəfindən müdafiəsi bu işdə vacib məqamdır, bu, xüsusilə boşanma prosesinə aiddir", - deyə H.Hüseynova deyib.
Bundan başqa, o bildirib ki, son zamanlar ölkədə üç uşaqlı ailələrin sayı artıb. "Bu, bizi sevindirir, amma digər tərəfdən, bu, aztəminatlı ailələrdə bir sıra problemlər yaradır, buna görə də Azərbaycan Prezidenti, Heydər Əliyev Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, həmçinin bir sıra digər dövlət qurumları belə ailələrə kömək etməyə çalışır", - deyə H.Hüseynova qeyd edib.
«Bununla əlaqədar biz üç uşaqlı ailələrə dövlət, respublika qanunvericiliyi səviyyəsində köməklik göstərilməsinə dair təkliflə çıxış etməyi qərara almışıq, bütün bunlar addım-addım həyata keçiriləcək", - deyə o, sonda söyləyib.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət