2013-cü ildə Azərbaycan və Ermənistanda keçiriləcək prezident seçkiləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin ləngiməsi üçün səbəb olmamalıdır. Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov belə hesab edir.
“Biz seçkilər prosesinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması ilə əlaqələndirilməsinin tərəfdarı deyilik. Buna gəlincə, Azərbaycan və Ermənistandan başqa həmçinin ATƏT-in Minsk qrupunun həmsədri olan hər üç ölkədə seçkilər keçirilir”, - deyə Ə.Həsənov “İnterfaks-Azərbaycan” agentliyinə gələn il münaqişə edən ölkələrdə keçiriləcək seçkilərə görə danışıqlar prosesinin mümkün ləngiməsi barədə bir sıra ekspertlərin rəyini şərh edib.
“Kimin prezident seçilməsindən asılı olmayaraq, bu münaqişə beynəlxalq hüquq çərçivəsində öz həllini tapmalıdır. Bununla əlaqədar, prezident seçkilərindən asılı olmayaraq qısa müddət ərzində münaqişədə status-kvonun aradan qaldırılmasına yönələn fəaliyyəti dəstəkləmək lazımdır”, - deyə o əlavə edib.
Bundan başqa, Ə.Həsənov bildirib edib ki, bu yaxınlarda Vaşinqtonun ATƏT-in Minsk qrupunda həmsədrini əvəz etməsi Dağlıq Qarabağın nizamlanmasına təsir göstərməyəcək. “Bu məsələdə əsas olan həmsədr ölkənin problemə münasibətidir. Bizim hər üç ölkə ilə yaxşı münasibətlərimiz var. İnanırıq ki, bu ölkələr münaqişəni həll etmək iqtidarındadır”, - deyə o qeyd edib.
Prezident Administrasiyasının nümayəndəsi əminliklə bildirib ki, həmsədr ölkələr münaqişədə status-kvonun aradan qaldırılması üçün səy göstərəcəklər.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət