2012-ci ildə Azərbaycanda neft istehsalının həcmi 43,9 mln. ton, qaz hasilatı 27,9 mlrd. kubmetr təşkil edib. SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ ) prezidenti Rövnəq Abdullayev bazar günü belə məlumat verib.
“2012-ci ilı Azərbaycanın sürətli inkişaf ili olub. Şirkətimiz qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirib.Ölkə üzrə ümumi neft hasilatı 43,9 mln. ton. qaz hasilatı 27,9 mlrd. kubmetr təşkil edib”.- deyəR.Abdullayev bildirib.
“2013- cü ilə bizim böyük planlarımız var.Əgər bu ilə qədər biz öz qarşımızda neft hasilatının saxlanılması məqsədini qoymuşuqsa, gələn il üçün hasilatın artırılması planı qoyulub.Bunun üçün genişmiqyaslı iş görülməlidir”,- deyə o əlavə edib.
O keçən il SOCAR şirkətinin əldə etdiyi nailiyyətlər sırasında “Ümid” yeni neft- qaz yatağının istismara verilməsini qeyd edib ki, bu “Şahdəniz” yatağı nəzərə alınmadan gələcək 100 il ərzində Azərbaycanın qaz problemini həll etməyə kömək edəcək.
“Həmçinin,”Abşeron” yatağının açılışı olub.Bütün bunlar Azərbaycanı iri qaz ixracatçısına çevirir.Bizim planlarımıza əsasən, 2020-ci ildə ölkədən qaz ixracı ildə 25 mlrd. kubmetr təşkil edəcək. 2025-ci ildə bu göstərici 40 mlrd. –a bərabər olacaq”,- deyə R.Abdullayev bildirib.
Bundan başqa, SOCAR prezidenti TANAR layihəsi sazişinin əhəmiyyətini xüsusi qeyd edib.Bu layihə ümummullli lider Heydər Əliyevin neft strategiyasına tamamilə uyğundur.
“Biz həmçinin İsveçrədə avtomobil yanacaqdoldurma məntəqələrinin rebrendinqini keçirmişik.İndi bu ölkədəki yanacaqdoldurma məntəqələrimizdə Azərbaycan və SOCAR bayraqları dalğalanır ki, bu da qürur hissi doğurur”,- deyəR.Abdullayev qeyd edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət