2013-cü il yanvarın 1-i tarixinə Azərbaycanda 2 mln. 266,074 min nəfər fərdi şəxsi sosial sığorta hesabına malikdir. Bu isə ötən ilin əvvəlinə olan göstəricidən 15,2% çoxdur. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.
“2012-ci ildə əlavə olaraq 299,220 nəfərə sığortaolunan asosial sığorta nömrəsi verilib və onlar üçün fərdi hesab açılıb”, - deyə məlumatda qeyd edilir.
Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 57,1%-i kişi, 42,9%-i qadındır.
DSMF-nin məlumatlarına əsasən, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21, 8%-ni 30 yaşa kimi, 23,5%-ni 30-40 yaş aralığında, 23,1%-ni 40-50 yaş aralığında, 21,3%-ni 50-60 yaş aralığında, 10,3%-ni 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.
Xəbər verildiyi kimi, 2006-cı il 1 yanvar tarixindən etibarən Azərbaycanda pensiya sisteminin islahatı aparılıb. Nəticədə, fərdi sosial sığorta uçotunun tətbiqinə baçlanılıb. Buna əsasən, icbari sosial sığorta ayrımaları ödənişini həyata keçirən hər kəs üçün ayrılıqda fərdi hesab açılır. Bu hesaba həmin şəxsin ödəniş etdiyi icbari sosial sığorta ayrımaları toplanır.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət