Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Nizami rayon 1 nömrəli uşaq evinin sakinlərinin əl işlərindən ibarət “Bacarıqlı əllərin böyük işləri” adlı sərginin açılışında iştirak ediblər. Bu barədə rəsmi mətbuatın məlumatında deyilir.
Tədbir Heydər Əliyev Fondunun və Müasir İncəsənət Muzeyinin birgə layihəsi əsasında təşkil edilib. L.Əliyevanın təşəbbüsü ilə reallaşan sərgidə 10-18 yaşlı 30 istedadlı uşağın ümumilikdə 140 əl işi nümayiş olunur. Bu sənət nümunələri 300-dən çox işin arasından seçilib. Bu əsərlərin əksəriyyəti xarici ölkələrdə sərgilənib.
Tədbirdə çıxış edən Nizami rayonundakı 1 nömrəli uşaq evinin direktoru Nərminə Zöhrabova belə sərgilərin istedadlı uşaqların üzə çıxması baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb. Bildirilib ki, Heydər Əliyev Fondu ilə Müasir İncəsənət Muzeyinin birgə layihəsi əsasında reallaşan belə sərgilər digər uşaq evlərinin istedadlı sakinlərinin də aşkara çıxarılmasına yardımçı olacaq.
Hazırda uşaq evində 140 uşaq və yeniyetmə yaşayır və onların 500-dən çox əl işi var. Uşaq evinin istedadlı sakinlərinin yaratdıqları əl işlərində Azərbaycanın füsunkar təbiətinin gözəllikləri, qədim tarixi abidələrimiz, nağıl qəhrəmanları və digər mövzular öz əksini tapıb.
Sərgi yanvarın 28-dək davam edəcək.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İş axtaranların nəzərinə - "Yelo Career Festival" keçiriləcək!
Bank Respublika və Niderland İnkişaf Bankı arasında növbəti iri həcmli kredit sazişi bağlandı!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət