Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov NMR-də səfərdə olan İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin ilə görüşüb.
Ali Məclisin sədri M.Pakayinə yeni fəaliyyətində uğurlar arzulayıb və əmin olduğunu bildirib ki, səfirin diplomatik fəaliyyəti müddətində Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası ilə İran arasındakı əlaqələr daha da inkişaf edəcək.
O, iki ölkə arasında bütün sahələri əhatə edən əlaqələrin məmnunluq doğurduğunu deyib.
Görüşdə Azərbaycan-İran münasibətlərinin parlamentlərarası dostluq qrupları səviyyəsində də inkişaf etdiyi qeyd olunub.
Azərbaycan ilə İran arasındakı münasibətlərin qurulması və inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edən M.Pakayin mehriban qonşuluq prinsiplərinə əsaslanan ikitərəfli əlaqələrin çoxşaxəli olduğunu bildirib, bu əlaqələrin inkişafında Azərbaycan-İran Parlamentlərarası Dostluq Qrupunun rəhbəri olan Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin fəaliyyətini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əlaqələrin gələcək inkişafı üçün bundan sonra da səylərin göstəriləcəyi vurğulanıb.
İranın Naxçıvandakı baş konsulu Məhəmmədtağı Məhəmmədəli görüşdə iştirak edib.
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət