Trans-Anadolu(TANAP) qaz kəmərinin tikinti layihəsi Azərbaycanın uzunmüddətli inkişafını təmin edəcək. Azərbaycan Prezidenti İlham Əliyev belə hesab edir.
“2012-ci ildə biz enerji sahəsində böyük nailiyyətlərə çatmışıq. Biz enerji sahəsində dünya miqyasında çox ciddi ölkəyə çevrilmişik. Neft-qaz layihələrimiz, neft-qaz kəmərlərimiz bu gün Azərbaycanı doğrudan da, dünya miqyasında çox önəmli neft, qaz hasil və ixrac edən ölkəyə çevirib”,- deyə dövlət başçısı Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında belə bildirib .
Onun sözlərinə görə, 2012-ci ildə tarixi hadisə baş verib- TANAP layihəsinin təməli qoyulub.
Bu layihənin təşəbbüskarı Azərbaycan olmuşdur. Ən böyük maliyyə yükünü də biz öz üzərimizə götürmüşük. Bununla bərabər, bütün riskləri, bütün texniki riskləri Azərbaycan öz üzərinə götürmüşdür.Bizim Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün imkanımız var. TANAP layihəsi təşəbbüsünün irəli sürülməsi bizim çox ciddi addımımız idi. Mən çox şadam ki, qısa müddət ərzində TANAP layihəsi dünyada çox böyük dəstəyə malik oldu. Dünyanın aparıcı ölkələri birmənalı şəkildə bizim təşəbbüsümüzü dəstəkləmişlər. Beynəlxalq qurumlar da eyni dərəcədə mövqeyimizi dəstəkləmişlər.
Bu layihənin icra edilməsi üçün konkret tədbirlər görürük və 2013-cü ildə əlavə tədbirlər görüləcəkdir”,- deyə o qeyd edib.
İ.Əliyev qeyd edib ki, bu layihənin icrası Azərbaycanın uzunmüddətli inkişafımızı təmin edəcəkdir. Vaxtilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin layihəsi də Azərbaycanı irəliyə aparan layihə kimi təqdim edillib. “TANAP layihəsi də bundan sonra onilliklər ərzində Azərbaycanın iqtisadi və digər maraqlarını eyni dərəcədə təmin etmək üçün çox ciddi bir vasitə olacaqdır. Bu layihənin icrası üçün güclü iradəmiz vardır. Bu, birinci növbədə lazım olan məsələdir. Eyni zamanda, texniki imkanlarımız vardır”,- deyə o əlavə edib.
Dövlət başçısı söyləyib ki, bizim enerji sahəsindəki fəaliyyətimiz dinamik xarakter daşıyır.
“Bir daha demək istəyirəm, iqtisadi siyasətimizin əsas mahiyyəti ondan ibarətdir ki, iqtisadiyyatımız şaxələndirilsin və biz qeyri-neft sektorunun inkişafına daha da böyük həcmdə nail olaq. Ancaq eyni zamanda, enerji məsələlərinin həlli həm neft, həm qaz hasilatı ilə bağlı regional layihələrimiz gündəlik həyatda daim diqqət altındadır. Çox şadam ki, beynəlxalq enerji ailəsi də Azərbaycanı müsbət tərəfdən tanıyır, bizə etibarlı tərəfdaş kimi inanır”,- deyə İ.Əliyev vurğulayıb.
Xəbər verildiyi kimi, 2012-ci il iyunun 26-da İstanbulda TANAP qaz kəmərinin tikinti layihəsi üzrə sənədlər paketi imzalanıb.
Qaz kəmərinin tikintisi $7 mlrd. məbləğində qiymətləndirilir.
Trans Anadolu Pipeline qaz kəməri Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Yeni qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcək – 10 mlrd. kubmetr Avropa və 6 mlrd. kubmetr Türkiyənin qərb regionları üçün.
TANAP qaz kəməri layihəsindəTürkiyənin BOTAS və TRAO şirkətləri 20%, SOCAR şirkəti 80% pay sahibidir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət