2012-ci ildə Azərbaycanın qeyri-neft ÜDM-nin artımı 9,7% təşkil edib. Bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev çərşənbə axşamı keçirilən Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.
2012-ci ildə Azərbaycanın ümumi daxili məhsulunun artımı tamamilə qeyri-neft sektorunun hesabına formalaşıb və 2,2% təşkil edib. Ümumilikdə, 2012-ci ilin yekunları üzrə qeyri-neft ÜDM-nin artımı 9,7%, ümumi daxili məhsulda xüsusi çəki 52,7% təşkil edib.
Onun sözlərinə görə, 2012-ci ilin yekunları üzrə İKT sektorunda 15,9%, nəqliyyatda yük daşımalar 3,5% faiz, o cümlədən qeyri-neft yükdaşımaları 7,5% artım olub.
Nazir qeyd edib edib ki, 2012-ci ildə Azərbaycanın strateji valyuta ehtiyatları $46 mlrd. təşkil edib. Bu da xarici dövlət borcundan təxminən 10 dəfə çoxdur.
Ş.Mustafayev əlavə edib ki, ölkə iqtisadiyyatına yönəldilən investisiyaların həcmi $22,1 mlrd. olub, bundan $13,3 mlrd. daxili, $8,8 mlrd. isə xarici investisiya təşkil edib.
Nazir vurğulayıb ki, 2012-ci ildə respublikada 100-dək sənaye müəssisəsinin istifadəyə verilib. 90-dan artıq sənaye müəssisəsinin inşasının davam etdirilir və bu “qeyri-neft sektorunun inkişafında mühüm rol oynayır”.
O vurğulayıb ki, növbəti illərdə də sənayeləşmə siyasəti çərçivəsində zəruri işlər, o cümlədən yeni neft-qaz və neft-kimya kompleksi, gəmiqayırma, gübrə zavodları və polad istehsalı kompleksinin yaradılması davam etdiriləcək.
Ş.Mustafayev qeyd edib ki, ötən il ərzində regionlarda 410-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlamış, 400-dən çox müəssisəsinin isə tikintisi davam etdirilir.
Nazir həmçinin vurğulayıb ki, 2012-ci ildə kənd yolları üzrə müvafiq sərəncamlara əsasən 18 layihə üzrə işlərə başlanılıb və 2013-cü ildə bu işlərin tam başa çatdırılması nəzərdə tutulur. “Bunun nəticəsində 634 kilometr kənd yollarının və 42 körpünün təmir-tikintisi başa çatdırılacaq. Bu da respublikanın 18 rayonunun 450 min nəfər əhalisi olan 400 yaşayış məntəqəsini birləşdirir”, - deyə o əlavə edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət