2012-ci ildə Azərbaycanda qiymətli kağızlarla aparılan əməliyyatların həcmi 9 mlrd. 422 mln. 475,265 min manat təşkil edib ki, bu da 2011-ci ilin göstəricisindən 6,3% çoxdur. Bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 2012-ci il ərzində fəaliyyətinə dair hesabatda bildirilir.
Dövlət Komitəsinin məlumatına əsasən, 2012-ci ildə Azərbaycanda korporativ qiymətli kağızlar ilə əməliyyatların həcmi 2011-ci il ilə müqayisədə 38% - 1 mlrd. 328 mln. 784,108 min manata qədər azalıb.
QKDK-nın məlumatlarına əsasən, səhmlərlə əməliyyatların həcmi 599 mln. 328,906 min manat təşkil edib (azalma 42%). İlkin və təkrar bazarda korporativ istiqrazlarla əməliyyatların həcmi 35% - 729 mln. 455,202 min manata qədər azalıb. Eyni zamanda, hesabat ilində özəl şirkətlər tərəfindən səhmlərlə əməliyyatların həcmi 24,4% - 186,4 mln. manatadək artıb.
Hesabatda bildirilir ki, 2012-ci ildə dövlət qiymətli kağızlarla əməliyyatların həcmi 20% - 8 mlrd. 93 mln. 619,157 min manata qədər artıb.
Xüsusilə, hesabat dövründə Mərkəzi Bankın notları ilə əməliyyatların həcmi 63% - 1 mlrd. 69 mln. 765,637 min manata qədər, repo əməliyyatları – 19% - 6 mlrd. 856 mln. 471,656 min manata qədər artıb. Baxmayaraq ki, Maliyyə Nazirliyinin buraxdığı istiqrazlarla əməliyyatların həcmi 40% - 167 mln. 453,864 min manata qədər azalıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət