Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə 2012-ci ildə bütün mənbələrdən plana əsasən 47 mln. 300 min manata qarşı 61 mln. 253 min manat vəsait daxil olub. Beləliklə, proqnoz tapşırığı 129,5% artıqlaması ilə yerinə yetirilb. Bu barədə Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Xalid İskəndərov ötən ilin yekunlarına dair Naxçıvan MR Maliyyə Nazirliyində keçirilən kollegiya iclasında çıxışı zamanı məlumat verib.
“Bu rəqəm nəzərdə tutulandan 13 mln. 953 min manat çoxdur və ötən ilin müvafiq göstəricisini 8 mln. 318 min 869 manat və ya 15,7% ötür”, - deyə nazir qeyd edib. Onun sözlərinə görə, büdcəyə daxilolmaların 72,8%-i - Maliyyə Nazirliyi, 17,8%-i - DGK, 9,4%-i isə büdcə təşkilatlarının pullu xidmətləri tərəfindən daxil olub.
X.İskəndərov vurğulayıb ki, 2012-ci ilin yekunları Muxtar Respublikanın iqtisadiyyatının uğurlu inkişafını sübut edir. “Ötən il Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinin xərcləri 99,3% və ya 469 mln. 404 min 79 manat yerinə yetirilib, bu isə 2011-ci il ilə müqayisədə 13,4% çoxdur”, - deyə nazir bildirib.
O qeyd edib ki, 2013-cü ilə Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinin gəlirləri 55 mln. manat həcmində proqnozlaşdırılıb. Bu isə 2012-ci ilin proqnozu ilə müqayisədə 16,3% çoxdur. Büdcənin gəlir və xərclərini nizamlamaq məqsədilə Azərbaycanın dövlət büdcəsindən 277 mln. 700 min manat məbləğində dotasiyalar nəzərdə tutulur. Bu isə ötən ilin analoji proqnozu ilə müqayisədə 7,6% çoxdur.
Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsi proqnozunda 332 mln. 700 min manat həcmində xərclər müəyyən edilib.
Kollegiya iclasında qeyd edilib ki, cari ildə Muxtar Respublikanın maliyyə işçiləri vəzifələrini vaxtında, keyfiyyətlə yerinə yetirməlidirlər. Onlar mövcud çatışmazlıqları aradn qaldırmalı və büdcə ilinin uğurla başa çatmasına nail olamlıdırlar. İclasda nazirliyin 2013-cü ilə iş planı təsdiq edilib.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət