Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən 2012-ci ildə müxtəlif ixtiralara dair 111 patent verilib. Bu barədə idarənin 2012-ci ildə fəaliyyətinə dair hesabatında bildirilir.
“2012-ci ildə müxtəlif ixtiralara dair 111 patent verilib, onlardan 105 ədədi milli, 6 ədədi isə xarici fiziki və hüquqi şəxslərə məxsusdur. Bundan başqa, sənaye nümunələrinə dair 17 patent verilib, onlardan da 8 ədədi millifiziki və hüquqi şəxslərə məxsusdur”, - deyə məlumatda qeyd edilir.
Bundan başqa, hesabat ilində Dövlət Komitəsi 189 ədəd müəssisəyə, o cümlədən 67 yanacaqdoldurma məntəqəsinə, 16 maye-qaz doldurma məntəqəsinə, 2 əlvan metalla bağli sahələrə, 64 tibbi fəaliyyətinə, 13 alkoqollu içkilər sahəsinə, 26 əczaçılıq və s. fəaliyyəti ilə məşğul olmağa lisenziya alınması üçün müvafiq rəylər verib.
Hesabat dövründə 257 ədəd yeni ölçmə vasitələrinin tipi təsdiq edilərək Azərbaycan Respublikasının ölçmə vasitələrinin Dövlət reyestrinə daxil edilib.
2012-ci ildə Komitə yanında Dövlət Akkreditasiya Xidməti tərəfindən Milli Akkreditasiya Sisteminin tələblərinə uyğun 119 sınaq və 21 kalibrləmə laboratoriyası, 10 keyfiyyəti idarə etmə sistemlərini sertifikatlaşdıran orqan, 8 inspeksiya xidmətləri göstərən orqan və s. akkreditasiya edilib.
Ötən ildə yeni “Texniki tənzimləmə haqqında” Qanun layihəsi üzərində işlər başa çatdırılaraq Nazirlər Kabinetinə təqdim olunub. O cümlədən, “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyası üzərində işlər tamamlanıb. Qanun 2013-cü ildə həmçinin Nazirlər Kabinetinə təqdim olunacaq.
Hesabat ilində Texniki Komitələr tərəfindən ekologiya, turizm, informatika, rəqəmsal televiziya, keyfiyyətin idarə edilməsi, qida və digər standartlar təsdiq edilib.
O cümlədən, 2012-ci ildə yeni Texniki Komitələr yaradılıb: TK 11-“Torpaqların qiymətləndirilməsi və coğrafi informasiya/Geomatika”"; TK 14-“Mebel sənayesi məhsulları”; TK 15-“Taxıl və un məmulatlarının standartlaşdırılması” Texniki Komitələri təsdiq olunub. Onların fəaliyyəti nəticəsində 139 milli standart dövlət qeydiyyatına alınıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət