Azərbaycan nümayəndə heyəti Polşaya səfər çərçivəsində Şamaxı və Zgerj (Polşa) şəhərləri arasında qardaşlaşma imkanlarını müzakirə edəcəklər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Milli Məclisdən deputat Elxan Süleymanova istinadən məlumat verilib.
“Cari ilin yanvar ayının 30-dan fevral ayının 3-dək Azərbaycan nümayəndə heyəti Polşada səfərdə olacaq. Səfərdə məqsəd Polşa və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq, müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi üçün həlli vacib məsələləri müzakirə etməkdir”, - deyə AvroNest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov qeyd edib.
"Səfər zamanı həmçinin siyasi, humanitar, iqtisadi, o cümlədən enerji təhlükəsizliyi sahələrində ikitərəfli əlaqələr nəzərdən keçiriləcək", - deyə o əlavə edib.
Deputatın sözlərinə görə, nümayəndə heyəti Varşava ilə yanaşı, həmçinin Polşanın bir sıra digər şəhərlərinə də baş çəkəcək və həm yüksək səviyyədə, həm də təhsil sahəsində nümayəndələrlə görüşlər keçirəcək.
"Azərbaycanın Şamaxı və Polşa Respublikasının Zgerj şəhərləri arasında, eləcə də Şamaxı rayonunun Şəhriyar qəsəbəsi ilə Polşanın Unievoy şəhəri arasında qardaşlaşma imkanları müzakirə olunacaq. Bununla əlaqədar Azərbaycan nümayəndə heyəti şəhər meri Jozef Kaçmarek, region administrasiyasının rəhbəri Vitold Stepien, həmçinin digər rəsmi şəxslərlə görüşəcək", - deyə E.Süleymanov qeyd edib.
"Polşanın ali təhsil və elm naziri, Seymin spikeri, enerji naziri, xarici işlər naziri, iqtisadiyyat və maliyyə naziri, Polşanın AŞ PA-dakı nümayəndə heyəti və Seymin Xarici Əlaqələr Komitəsinin üzvləri, həmçinin AvroNest PA çərçivəsində Avropa Parlamentinin polşalı üzvləri ilə görüşlər nəzərdə tutulub", - deyə deputat bildirib.
Səfər Polşa tərəfdən AvroNest PA-nın vitse-prezidenti, Avropa Parlamentinin deputatı Jaçek Sayruş-Volski və Elxan Süleymanov arasında əldə edilmiş razılıq əsasında baş tutacaq.
Azərbaycan nümayəndə heyətinə təhsil naziri Misir Mərdanov, sənaye və energetika naziri Natiq Əliyev, Şamaxı rayonunun icra başçısı Asif Məmmədov, Azərbaycan universitetlərinin rektorları və respublikanın AvroNest PA-da nümayəndə heyətinin üzvləri olan millət vəkilləri daxildir.
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Bank Respublika”dan SƏPSƏRİN kredit şərtləri!
Yelo Bank-dan illik 5%-lik kreditlə biznesinizi böyüdün
«Bakcell» Azərbaycanda daha bir ilkə imza atdı - Wi-Fi üzərindən zəng xidməti istifadəyə verildi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət