Hesablama Palatasına 2012-2014-cü illərdə Starteji İnkişaf planının reallaşmasında məsləhətçi xidməti göstərmək üçün 6 şirkət iddialıdır. Bu barədə hesablama palatasının məlumatında bildirilir.
Məlumatda qeyd edilir ki, yanvarın 18-dən idiaçıların müqavilə üzrə təqdim etdiyi texniki təkliflərin qiymətləndirilməsi prosesi başlanıb. 6 şirkət namizədliyini irəli sürüb, texniki təkliflərin qiymətləndirilməsindən sonra onların maliyyə təkliflərinə baxılacaq.
Məsləhətçi seçimi “Korporativ və Dövlət Sektorunda Hesabatlılıq” layihəsi (CAPSAP) çərçivəsində həyata keçirilir. Məsləhətçinin xidmətləri İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) ayıracağı qrant hesabına həyata keçiriləcək.
Hesablama Palatasının tender elanına əsasən, məsləhətçi 18 ay ərzində 4 istiqamət üzrə xidmət göstərəcək.
Birinci istiqamət - səmərəlilik auditi üzrə potensialın artırılmasında palataya yardım edilməsi.
İkinci istiqamət - risk-əsaslı maliyyə auditlərinin aparılmasında potensialın artırılması üçün palataya yardım edilməsi.
Üçüncü istiqamət – auditin standartlarının və qanun və hüquqi bazasının təkmilləşdirilməsinə yardım edilməsi.
Dördüncü istiqamət – Daxili İnsan Resursları siyasəti və prosedurlarının tərtib edilməsi, həmin siyasət və prosedurların praktikada tətbiq olunmasında Palataya yardım göstərilməsi.
Xəbər verildiyi kimi, DB Direktorlar Şurası 2008-ci ilin martında Azərbaycana “Korporativ və Dövlət Sektorunda Hesabatlılıq” layihəsi (CAPSAP) üzrə $11 mln. məbləğində kreditin verilməsini təsdiqləyib.
Layihəsinin ümumi dəyəri $24 mln. təşkil edir. Dünya Bankının kredit vəsaitlərindən başqa, daha $8 mln. Azərbaycan hökuməti ayıracaq, $3 mln. - Yaponiya hökumətinin, $2 - İsveçrənin İqtisadi Əlaqələr üzrə Dövlət Katibliyinin (SECO) qrantı təşkil edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət