Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Çənnab kəndində tam orta məktəb, kənd mərkəzi və xidmət mərkəzi üçün yeni bina inşa edilib. Yeni sosial obyektlərin istifadəyə verilməsi mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri Vasif Talıbov iştirak edib.
“Ölkəmizdə təhsilə qayğı, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər keçirilir, təhsil infrastrukturu təzələnir. Təhsil strategiyasının uğurla həyata keçirilməsi nəticəsində MR-da yeni məktəb binaları tikilir, təhsil müəssisələrində müasir tədris şəraiti yaradılır”, - deyə V.Talıbov mərasimdə qeyd edib.
Naxçıvan MR-nın başçısı vurğulayıb ki, məktəblərdə müvafiq şərait yaradılıb, müasir tədris avadanlıqları müəllim və şagirdlərin istifadəsinə verilib. “Yaradılan şəraitə əsasən, burada təhsil yüksək səviyyədə təşkil olunacaq, dərslər şagirdlər tərəfindən daha yaxşı mənimsəniləcəkş Mıktəbdə quraşşdırılan müasir İKT müasir üsullar əsasında tədris keçirilməsinə şərait yaradır. Bu isə şagirdlərə yüksək səviyyədə təhsil almaq, ali məktəblərə qəbul imtahanlarında uöurlu nəticələr əldə etməyə imkan yaradacaq”, - deyə V.Talıbov bildirib.
Ali Məclisin sədri qeyd edib ki, yaşayış məntəqəsində həmçinin yeni kənd mərkəzi tikilib. Onun sözlərinə görə, kənd mərkəzində fəaliyyət gösətərən kitabxana, mədəniyyət evi və akt zalı kəndlilərin asudə vaxtının səmərəli keçirmələrinə, mədəni-kütləvi tədbirlərin keçirilməsinə xidmət edəcək.
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət