“Azəyolservis” ASC Masallı-Astara avtomobil yolunun 41,5-61,4 kilometr hissəsinin tikintisi və başa çatdırılması üçün podratçı seçir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
İşlərin həcminə 19,9 kilometr uzunluqda ikizolaqlı avtomobil yolunun, iki yol ayrıcılarının, 8 körpünün, drenaj qurğularının, 2 piyada keçidinin, 4 istirahət zonasının və digər yol infrastrukturunun tikintisi daxildir.
Tender Asiya İnkişaf Bankının (AİB) krediti çərçivəsində keçirilir.
Tenderdə iştirak haqqı – 200 manatdır ($250).
Tenderdə iştirak etmək istəyən şirkətlər 2013-cü il aprelin 4-dək təkliflərinin təqdim etməlidirlər. Tender proseduru aprelin 4-də keçiriləcək.
Tenderdə iştiraka aşağıdakı tələblərə cavab verən şirkətlər buraxılır: son 3 il ərzində minimal illik dövriyyəsi $90 mln. məbləğində olan; $20 mln. məbləğində aktivləri və maliyyə vəsaitləri olan; dəyəri $70 mln.-dan az olmayan son 5 il ərzində ən azı iki analoji layihələr həyata keçirməkdə təcrübəyə malik olan; avtomobil yollarının, körpülərin tikintisində təcrübəyə malik olan.
AİB 2008-ci ildə Azərbaycanın yol sektorunun inkişafı üzrə $500 mln. məbləğində kredit proqramını təsdiqləyib. Bu məbləğdən $400 mln. Masallı-Astara avtomobil yolunun tikintisinə istifadə olunur.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. 2012-ci ilin əvvəlinə Azərbaycan höküməti AİB ilə avtomobil yolları, energetika, su təchizatı və irriqasiya sistemlərinin bərpası, ASK sahələrində 7 layihənin reallşamasına $990 mln. ümumi məbləğdə kredit sazişləri imzalayıb. Bu məbləğin 46%-i nəqliyyat, 38%-i – şəhər təsərrüfatı (su təchizatı) və 16%-i – enerji sahəsində layihələrə yönəltmək nəzərdə tutulur.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət