Azərbaycan milli musiqisinin gələcək nəsillərə ötürülməsində uşaq musiqi məktəblərininrolu böyükdür.Naxçıvan MR Ali Məclisin sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Ərtoğrul Cavid adına Uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbinin yeni binasının açılş mərasimində belə söyləyib.
“Böyük ədib Hüseyn Cavidin ailəsində böyümüş Ərtoğrul Cavid hərtərəfli yaradıcılıqla məğul olub və zəngin irs yaradıb”,- deyə V.Talıbov qeyd edib.O söyləyib ki ,Ə.Cavid çox az yaşasa da, simfonik balladalar, marşlar, romanslar, mahnılar yaradıb, onun əsərləri Azərbaycan mədəniyyəti xəzinəsinə daxil edilib. O ötən əsrdə əsasən rus bəstəkarlarının əsərləri təbliğ edildiyi bir dövrdə Ə.Cavidin Azərbaycan xalq mahnılarını nota köçürməsini, milli ruhda mahnılar yazmasını, yeni yaradıcılıq nümunələri ilə milli musiqi mədəniyyətimizin zənginləşdirilməsində onun oynadığı rolu xüsusi ilə vurğulayıb.
“Ölkəmizi müstəqillik əldə etdikdən sonra Ə.Cavidin irsinin öyrənilməsi istiqamətində bir sıra tədbirlər görülüb, uşaq musiqi məktəblərində onun əsərləri tədris edilməyə başlanıb.Onun incəsənətimizin inkişafında, Azərbaycan xalq mahnılarının və folklorunun toplanmasındakı xidmətləri nəzərə alınaraq 2002-ci il oktyabrın 19-da Ali Məclisin sədrinin fərmanı ilə Uşaq musiqi incəsənət və bədii sənətkarlıq məktəbinə Ərtoğrul Cavidin adı verilib.
Ali Məclisin sədri qeyd edib ki, məktəbdə yaradılan şərait burda yüksək səviyyədə təhsil almağa, milli mədəniyyət və incəsənətin daşıyıcıları olaraq gənc nəslə Ə.Cavidin zəngin irsini öyrənməyə imkan verəcək
“Azərbaycan milli musiqisinin gələcək nəsillərə ötürülməsində uşaq musiqi məktəbləri böyük rol oynayır”,- deyən V.Talıbov əlavə edib ki, MR-də musiqi məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması, maddi- texniki bazasının və kadr potensialının gücləndirilməsi istiqamətində işlər görülür.Naxçıvan Dövlət Universitetinin İncəsənət fakultəsində və Naxşıvan Musiqi Kollecində bu məktəblərin məzunlarının təhlisilini davam etdirməsi üçün hər tərəfli şərait yaradılıb.Naxçıvan MR-in başçısı yaradılan şəraitdən səmərəli istifadə ediləcəyinə, gələcək nəsillərin milli musiqimizi dərindən öyrənəcəyinə əminlik ifadə edib.
İkimərtəbəli yeni məktəb binasında 21 sinif otağı, kitabxana, konsert zalı var. Məktəbdə Ə.Cavidə həsr olunmuş foto-guşə yaradılıb. Təhsil ocağında 310 şagirdə 78 müəllim tərəfindən milli musiqi alətləri, fortopiano, simli alətlər, rəssamlıq və nəzəri biliklər üzrə dərs verilir.Məktəbə yeni musiqi alətləri hədiyyə edilib.
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət