Azərbaycanın dəmir yolu infrastrukturuna investisiyalar 2012-ci ildə 163.8 mln. manat təşkil edib. Bu barədə Nəqliyyat Nazirliyinin 2012-ci ilin yekunlarına dair hesabatında bildirilir.
“Qeyd olunan investisiyalardan 1,6 mln. manat “ADY” QSC-nin oz vəsaiti təşkil edib. Bununla yanaşı, hesabat ilində 132,4 km yol əsaslı təmir edilib, 25 ədəd elektrik və dizel lokomotivləri, 729 ədəd sərnişin vaqonu, 3603 ədəd yuk vaqonu muxtəlif həcmli təmirdən kecirilib, 470 konteyner cari təmir 160 konteyner isə əsaslı təmir edilərək istismara verilib”, - deyə sənəddə qeyd edilir.
“Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Boyuk Kəsik sahəsində 317 km uzunluğunda yolun maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Muqaviləsinə əsasən 157,8 km, həmçinin 2012-ci il ərzində 117,7 km dəmiryolu əsaslı təmir olunub və yenidənqurulub.
Hesabat ilində “Azərinşaatservis” MMC-nin Baş Ələt şpal zavodunda şpal istehsalı 251,949 min ədəd təşkil edib. İstehsalın əvvəlindən istehsal olunan şpalların sayı 370,026 min ədədə catdırılıb.
Hesabatın məlumatına görə, Bakı-Tbilisi-Qars layihəsi uzrə 2012-ci ildə $151,5 mln. Azərbaycan tərəfinin kreditindən istifadə olunub. 2007-2012-ci illər ərzində investisiyaların həcmi $431,3 mln. təşkil edib.
Məlumatda qeyd edilir ki, 2012-ci ildə “ADY” QSC qaçqın və məcburi köçkün, şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə 210 min manat məbləğində sosial yardım göstərib.
Xəbər verildiyi kimi, Gürcüstan, Azərbaycan və Türkiyə 2007-ci il fevralın 7-də dəmir yolu dəhlizinin yaradılmasına dair hökumətlərarası saziş imzalayıblar.
Layihəyə 68 kilometri Türkiyə, 30 kilometri isə Gürcüstan ərazisindən keçəcək 98 kilometr uzunluğunda Qars-Axalkalaki dəmir yolunun tikintisi, həmçinin Gürcüstanda 183 kilometrlik Axalkalaki-Tiflis hissəsinin yenidən qurulması daxildir. Gürcüstan hissəsinin tikintisi bu ölkəyə ümumilikdə $775 mln. məbləğində iki güzəştli kredit ayırmış Azərbaycan tərəfindən maliyyələşdirilir. Mütəxəssislərin hesablamalarına görə, dəhlizin ötürmə qabiliyyəti ildə 15 mln. ton yük təşkil edəcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət