“Aqrolizinq” ASC 2005-ci ildən kənd təsərrüfatı texnikası, avadanlıq və gübrələrin alınmasına 446,04 mln. manat yönəldib.Bu barədə “Interfaks- Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
“Aqrolizinq” yarandığı gündən , yəni 2005-ci ildən lizinqə 14,45 min ədəd kənd təsərrüfatı texnikası, o cümlədən , 1035 kombayn, 4262 ədəd traktor,184 ekskavator, 8969 müxtəlif qoşqu,130 texniki avadanlıq,315,86 min ton azot, 54,21 min ton superfosfat verib”,- deyə agentliyin müsahibi bildirib.
2005-2012-illərdə “Aqrolizinq” xətti ilə 5280 hüquqi və fiziki şəxs kənd təsərrüfatı texnikası alıb.
2012-ci ildə “Aqrolizinq” 1785 ədəd kənd təsərrüfatı texnikası, o cümlədən 643 ədəd traktor, 24 ekskavator, 1112 traktor qoşqusunun alınmasına 21,04 mln. manat vəsait ayırıb.
Bununla yanaşı, maddi texniki baza 100-120 min ton gübrə saxlamağa imkan verir.
“Aqrolizinq” Qobustan, Lənkəran, Ağsu, Beyləqan, Zərdab, Quba, Şabran, Tovuz, Siyəzən rayonlarında aqroservis fliallarının tikintisini başa çatdırıb.Bu filialların tikintisinə dövlət büdcəsindən 10 mln. manat ayrılıb.
2005-2012-ci illərdə cəmiyyət 55 rayonda aqroservis filialları tikərək istifadəyə verib, həmçinin 6 regional logistik gübrə bazası işə salınıb.
2012-ci ildə 3,02 min baş cins mal -qaranın alınması üçün 10,54 mln. manat yönəldilib ki, bunun da 9,4 mln. manatı büdcədən,1,14 mln. manatı cəmiyyətin öz vəsaitlərindən ayrılıb.
2012-ci ildə fəaliyyəti nəticəsində cəmiyyətin gəliri 34,12 mln. manat , o cümlədən servis xidmətlərinin göstərilməsdindən 1,68 mln. manat, kənd təsərrüfatı texnikasının lizinqi və satışından 11,9 mln. manat, texniki avadanlığın satışından 2,07 mln. manat, mineral gübrə və pestisidlərdən 15,32 mln. manat, müxtəlif xidmətlərdən 3,15 mln. manat təşkil edib.
“Aqrolizinq” ASC Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət