Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları 2012-ci il üçün maliyyə hesabatını 2013-cü il aprel ayının 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidirlər. Bu barədə nazirliyin saytında yerləşdirilmiş məlumatda deyilir.
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə uyğun olaraq qeyri-hökumət təşkilatları maliyyə hesabatlarını QHT üçün Milli Mühasibat Uçotu Standartına uyğun tərtib etməlidir. Normativ-hüquqi aktların şərtlərinə əsasən, qeyri-hökumət təşkilatları tərəfindən illik maliyyə hesabatı aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim edilməlidir.
Qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını elektron formada da təqdim edə bilərlər.
Xəbər verildiyi kimi, QHT Maliyyə Nazirliyinə təqdim etməlidir: “Maliyyə vəziyyəti haqqında hesabat” (Forma № 1), “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat” (Forma № 2), “Xalis aktivlərdə (kapitalda) dəyişikliklər haqqında hesabat” (Forma № 3), “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat” (Forma № 4), “Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər”.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət