Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGT) Latviya və Litva səfirlikləırinin, eləcə də Azərbaycan -Estoniya Ticarət Palatasının dəstəyi ilə Bakıda “ATGTİ-dən Tallin, Riqa və Vilnüsə bir günlük səyahət” adlı genişmiqyaslı mədəni tədbir keçirib.Tədbirdə iştirak edən Latviya və Litvanın ölkəmizdəki səfirləri Xardiys Baumanis və Arturas Jurauskas, həmçinin Azərbaycan – Estoniya Ticarət Palatasının sədri xanım Yana Krikpe öz çıxışlarında bu cür təşəbbüs göstərdiyi üçün ATGTİ-yə təşəkkür edərək, ölkələr arası ikitərəfli əlaqələrin gələcək inkişafında gənclərin rolu barədə danışıblar. Natiqlər həmçinin, mədəniyyətlər arası dialoqun zəruriliyini vurğulayıblar
Daha sonra çıxış edən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, xalq rəssamı Səlhab Məmmədov mədəni dəyərlərin qorunmasının və inkişaf etdirilməsinin vacibliyindən danışıb.O qeyd edib ki, bu cür tədbirlər mədəni irsin gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır .
Tədbir çərçivəsində ATGTİ-nin “Rəssamlar” işçi qrupunun üzvləri, gənc rəssamlar hər 3 ölkənin - Latviya, Litva və Estoniyanın dövlət bayraqlarını, gerblərini, məşhur tarixi abidələrini və turizm obyektlərini müxtəlif interpretasiyalarda çəkərək, onların rəmzi mənalarını geniş ictimaiyyətə çatdırıblar.
Qeyd edək ki, layihənin davamı kimi yaxın gələcəkdə əldəolunmuş rəsm əsərlərindən ibarət sərginin keçirilməsi də planlaşdırılır.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət