Həyat sığortası üzrə ixtisaslaşmış “Paşa Həyat Sığorta” şirkəti 2014-cü ilə qədər 4 filial və nümayəndəliklər açmağı planlaşdırır. Bu barədə şirkətin Risklərin idarə edilməsi şöbəsinin müdiri Pərviz Quliyev cümə günü mətbuat konfransında məlumat verib.
“Şirkətin 2013-2015-ci illərə strateqiyasında agent şəbəkəsinin genişləndirilməsi, filial və nümayəndəliklərin açılışını nəzərdə tutur. Xüsusilə, 2013-cü ilin sonuna kimi regionlarda 4 filial və nümayəndəliklər açmağı planlaşdırırıq”, - deyə P.Quliyev bildirib.
Onun sözlərinə görə, strategiyanın əsas məqsədi müştərilərə göstərilən sığorta xidmətlərinin keyfiyyətinin artırılması, sığorta məhsullarının sayının artımıdır. “2012-ci ilin yekunlarına görə, “Paşa Həyat Sığorta”-nın həyat sığırtası bazarında payı 2011-ci ilin yekunlarına görə 36%-ə qarşı 40% təşkil edir. Strategiya çərçivəsində biz ən azı bu bazar payını qorumaq istəyirik. Lakin, əsas məqsəd göstərilən xidmətlərin keyfiyyətinin artırılmasıdır”, - deyə o əlavə edib.
“Paşa Həyat Sığorta” 2010-cu ildə yaradılıb, 2011-ci il fevralın 14-də sığorta fəaliyyəti üçün lisenziya alıb. “Paşa Holding” şirkətin yeganə səhmdarıdır. Şirkətin nizamnamə kapitalı 15 mln. 50 min manata bərabərdir. Şirkət sığorta haqqı yığımına görə aparıcı sığorta şirkətlərinin onluğuna daxildir.
2012-ci ilin yekunlarına əsasən, şirkətin ümumi sığorta haqqı yığımı - 14 mln. 697 min manat, ödənişləri - 360 min manat təşkil edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət