Transxəzər qaz boru kəmərinin tikintisinə $1-2 mlrd. tələb oluna bilər. Bu barədə sənaye və energetika naziri Natiq Əliyev bəyan edib.
“Hazırda Transxəzər qaz boru kəmərinin dəyəri barədə danışmaq çətindir. Məsələn, Türkiyə sərhədlərinə qədər 1998-ci ildə qaz boru kəməri layihəsi $3 mlrd. səviyyəsində qiymətləndirilib. Hesab edirəm ki, hazırda Xəzərin dibi ilə aparılacaq boru kəmərinin tikintisinə $1-2 mlrd. tələb oluna bilər”, - deyə N.Əliyev bildirib.
Ümumilikdə, bu layihənin reallaşdırılması imkanına toxunaraq o qeyd edib ki, “Transxəzər qaz boru kəmərinin tikintisi layihəsi – kifayət qədər mürəkkəb məsələdir”.
“Biz daimi görüşlər keçiririk, iki sənədin hazıranması müzakirə edilir. Birincisi - Azərbaycan, Türkmənistan və Avropa İttifaqı arasında bu marşrutun reallaşmasının dəstəklənməsi üzrə siyasi sənəddir. İkinci sənəd - Azərbaycan və Türkmənistan arasında boru kəmərinin tikintisi barədə sazişdir”, - deyə nazir qeyd edib.
Eyni zamanda o əlavə edib ki, ikinci sənəd artıq hazırdır, lakin həllini tələb edən Türkmənistan tərəfindən bir sıra müəyyən edilməyən nöqteyi-nəzərlər var. Xüsusilə, Türkmənistan həmin kəmərlə ildə 30 mlrd. kubmetr həcmində təbii qaz tədarükünü təmin etməsinə razıdır, lakin onu öz sərhədində Avropa İttifaqına satılması şərti ilə.
“Bununla əlaqədar suallar yaranır: Türkmənistan qazının nəqli üçün qaz boru kəmərini kim tikəcək? Bu tikintini kim maliyyələşdirəcək? Türkmənistan qazını Azərbaycana kim nəql edəcək? Hansı şirkət və ya konsorsium bu qazı alaraq onun Azərbaycan ərazisi vasitəsilə Avropaya tranzitini həyata keçirəcək? Və digər məsələr”, - deyə N.Əliyev qeyd edib.
Nazir qeyd edib ki, Azərbaycan Türkmənistan qazının öz ərazisi vasitəsilə tam həcmdə tranzitini təmin etməyə hazırdır.
“Əgər Transxəzər qaz boru kəmərinin tikintisi layihəsinin kommersiya tərəfindən cəlbedici olması təsdiq olunarsa, Azərbaycan onun maliyyələşdirilməsində iştirak edə bilər. Lakin biz onun tikintisini üzərimizə götürə bilmərik. Bu, ilk növbədə, Türkmənistan və Aİ üçün maraqlı olmalıdır”, - deyə N.Əliyev vurğulayıb.
Xəbər verildiyi kimi, 2011-ci ilin sentyabr ayında Aİ-nin Şurası Aİ, Azərbaycan və Türkmənistan arasında Transxəzər qaz boru kəmərinin tikintisinə dair danışıqların aparılmasına mandat verib.
Uzunluğu 300 km yaxın olan Transxəzər qaz boru kəmərini Xəzərin Türkmənistan sahilindən Azərbaycan sahilinədək çəkilməsi planlaşdırılır. Burada o “Cənub qaz dəhlizi”nə birləşdiriləcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət