Bakıda Azərbaycan və Polşa rasında təhsil sahəsində saziş imzalanacaq. Bu barədə təhsil naziri Misir Mərdanov məlumat verib.
“Polşada olduğumuz dörd gün ərzində üç şəhərdə olduq, buarda bir sıra faydalı görüşlər keçirdik. Polşa ilə təhsil və alm sahısində daha səmərəli əməkdaşlıq üçün işçi qrup yaratmaq barəqə qərar qəbul edilib”, - deyə nazir çərşənbə günü Azərbaycan nümayəndə heyətinin Polşaya səfərinin yekunlarına dair mətbuat konfransında bildirib.
M.Mərdanov qeyd edib ki, bu gün Polşanın ali məktəblərində 65 AZərbaycan vətəndaşı, həm də öz hesablarına təhsil alır. “Polşa ilə əməkdaşlıq yalnız ali məktəblər səviyyəsində deyil, həm də orta məktəblər səviyyəsində qurulmalıdır”, - deyə o bildirib.
Nazirin sözlərinə görə, danışıqlar zamanı Polşa tərəfinə Azərbaycan səfər etmək dəvəti təqdim edilib.
Mətbuat konfransında BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, səfər zamanı Polşanın ali məktəbləri və BDU arasında dörd memorandum imzalanıb. “Onlar əsasən elm sahəsinə, o cümlədən tələbə mübadiləsi və təcrübənin təşkilinə aiddir”, - deyə A.Məhərrəmov qeyd edib.
Polşanın Azərbaycandakı səfiri Mixail Labenda yaxın zamanda Polşanın nümayəndə heyəti həmin geniş tərkibdə Azərbaycana səfər edəcəyi və onun səfərinin bu cür faydalı və məhsuldar olacağına ümid edir. Səfir həmçinin əlaqələrin yalnız hökümət deyil, həm də gələcəkdə həmin əlaqələrin qarşılıqlı səfərlərin təşkili imkanı ilə gənclər səviyyəsində yaradılmasının vacibliyini qeyd edib.
Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun rəhbərliyi altında nümayəndə heyətinin Polşaya səfəri 30 yanvar-2 fevral tarixlərində baş tutub. Səfər zamanı doqquz rəsmi görüş keçirilib və 10 sənəd imzalanıb. Bundan başqa, nümayəndə heyəti səkkiz ali məktəbdə olub.
Sənaye və energetika naziri Natiq Əliyev öz növbəsində qeyd edib ki, səfər çərçivəsində həmçinin Polşa tərəfi ilə enerji əməkdaşlığı məsələləri müzakirə edilib.
“Müzakirə olunan məsələlər arasında – “Sarmatiya” layihəsi çərçivəsində cari vəziyyət və görülən işlər, o cümlədən Nabucco, TANAP layihələrinin reallaşdırılması məsələləri var. Yanacaq-enerji sahısində əməkdaşlığa dair mümkün istiqamətlərin müəyyən edilməsi məqsədilə Krakovun elmi-tədqiqat mərkəzlərindən biri ilə SOCAR şirkətinin (ARDNŞ -İF) nümayəndələrinin iştirakı ilə konfrans-seminarın keçirilməsinə dair razılıq əldə olunub”, - deyə N.Əliyev bildirib.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət