Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu və İtaliyanın Neapol Şərq Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-dan məlumat verilib.
Sazişi Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyeva və Neapol Şərq Universitetinin prorektoru, professor Cüzeppe Kataldi imzalayıblar.
Sazişdə müəssisələrin tədqiqatçı, aspirant və tələbələrinin mübadiləsinə yardım göstərilməsi, qabaqcıl metodlar sahəsində təcrübə mübadiləsi, ikitərəfli birgə simpozium, seminar və konfransların təşkili, qarşılıqlı maraqlar əsasında birgə layihələrin icrasına dəstək verilməsi nəzərdə tutulur.
Aralarında universitetin professoru Mikele Bernardininin də olduğu italiyalı qonaqlar bu ali təhsil müəssisəsi haqqında məlumat veriblər. C.Kataldi bildirib ki, 300 yaşı olan Neapol Şərq Universiteti əvvəllər kollec kimi yaradılıb. Hazırda universitetdə humanitar elmlər sahəsində tədris və tədqiqatlar aparılır.
C.Kataldi Neapol Şərq Universitetinin Şərqşünaslıq İnstitutu ilə əlaqələrin qurulmasında maraqlı olduğunu söyləyib və bu əməkdaşlığın hər iki tərəfə böyük fayda verəcəyindən əminliyini bildirib. Tərəflər həmçinin birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət