Məşhur azərbaycanlı pianoçu və bəstəkar Əzizə Mustafazadə Almaniyada Nürtinger Jazz Festival 2013 beynəlxalq caz festivalında çıxış edəcək. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib.
Nürtinger Jazz Festival 2013, fevralın 23-dən martın 10-na qədər Almaniyanın Nürtenqer şəhərində dünya şöhrətli cazmenlərin iştirakı ilə keçiriləcək və yubiley festivalı olacaq. Belə ki, 20 il ərzində 15 festival təşkil olunub.
Əzizə Mustafazadə 1969-cu ildə tanınmış Azərbaycan cazmeni Vaqif Mustafazadənin ailəsində dünyaya gəlib. 1990-cı ildən Almaniyada yaşayır. Alman tənqidçiləri pianoçunu “Royal arxasında Şəhrizad” adlandırırlar. Beynəlxalq müsabiqə və festivalların laureatı Əzizə Mustafazadənin yaradıcılığı klassik, caz və Azərbaycan milli motivlərini özündə əks etdirir. 1986-cı ildə Tiflisdə Beynəlxalq caz festivalında qızıl medala layiq görülüb və bu qələbə onun yaradıcılıq fəaliyyətinin başlanğıcı olub. 1997-ci ildə “Kuin Elizabet Xol”da verdiyi konsertdən sonra “Cazın Şəhzadəsi” tituluna layiq görülüb və bugünə qədər bu adı qoruyur. Əzizə layihələr üzərində işləyir, solo konsertlərlə çıxış edir, yeni albomlar yazdırır. Con Patituççi, Deyv Veykl, Bil Evans, Ömər Xakim, Tuts Tillemans və digər bu kimi görkəmli musiqiçilərlə əməkdaşlıq edib.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət