SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi cümə günü Bakının 4 rayonunun qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Təmir işləri ilə əlaqədar olaraq saat 10:00-dan 17:00-dək “Binə” Qazpaylayıcı Stansiyasından Binə qəsəbəsinə gedən orta təzyiqli qaz kəmərində və “Ramanı” Qazpaylayıcı Stansiyasından qidalanan “Ramanı” orta təzyiqli qaz kəmərində, həmçinin saat 10:00-dan 13:00-dək “Keşlə” Qazpaylayıcı Stansiyasından qidalanan “Xətai” orta təzyiqli qaz kəmərində, saat 10:00-dan 14:00-dək isə “30-cu sahə” Qazpaylayıcı Stansiyasında “Nizami ümumi” kollektorundan qidalanan “Zavodlar” qaz kəmərində təbii qaz təchizatı dayandırılıb.
Təmir işləri aparılan müddətdə Xətai rayonunun bir hissəsinə, Xəzər rayonunun Binə qəsəbəsinə, Südçülük sovxozu və Atçılıq adlanan yaşayış massivlərinə, Sabunçu rayonunun Ramana və Yeni Ramana kəndlərinə, eyni zamanda Nizami rayonunun NZS adlanan yaşayış məntəqəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət