"Pasha Bank-Georgia" (“Pasha Bank”ın Gürcüstandakı törəmə strukturu) cümə günü fəaliyyətə başlayıb. Bu barədə Azərbaycan bankının məlumatında deyilir.
Məlumatda "PAŞA Bank"ın İdarə Heyətinin sədri Fərid Axundova istinadən deyilir ki, bankın xarici ölkələrə genişləndirilməsinin ilk istiqaməti kimi Gürcüstanın seçilməsi bir çox amillərə əsaslanıb.
"Buna əsas istər ölkələrimiz arasında ildən-ilə artan ticarət dövriyyəsi, istər regional miqyasda mühüm strateji layihələrin həyata keçirilməsində birgə iştirakımız, istərsə də dövlətlərimiz arasındakı mövcud olan möhkəm dostluq əlaqələridir. Qarşımızda duran əsas məqsəd ölkələrimizin iqtisadiyyatının inkişafına öz töhfəmizi verməkdir", - deyə o qeyd edib.
"Hazırda Azərbaycanda, o cümlədən bankın müştəri bazasında kifayət qədər çox sayda şirkətlər mövcuddur ki, onlar Gürcüstanda fəaliyyət göstərir. Bunu nəzərə alaraq, "PASHA Bank Georgia"nın əsas vəzifələrindən biri bu ölkədə fəaliyyət göstərən sahibkarların - istər yerli, istərsə də Azərbaycan şirkətlərinin maliyyə maraqlarının və tələbatlarının dəstəklənməsi və təmin edilməsi olacaq", - deyə "PASHA Bank Georgia"nın rəhbəri Anar İsmayılov bildirib.
“Pasha Bank-Georgia”ya lisenziya 2013-cü il yanvarın 17-də Gürcüstan Milli Bankı tərəfindən verilib. Bankın nizamnamə kapitalı 35 mln. lari (təxminən $21 mln.) təşkil edir.
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb. Bankın səhmdarları iki hüquqi və bir fiziki şəxsdir. Bank “Pasha Holding”in strukturuna daxildir. Nizamnamə kapitalı 157 mln. manata bərabərdir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət