“Azərbaycan Beynəlxalq Bankı” (ABB) onun və törəmə müəssisələrinin 2013-cü ilin I yarımillik və illik dövrləri üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının auditinin aparılması üçün auditorun seçilməsi məqsədi ilə tender elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Tender elanına əsasən, audit Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun aparılmalı və ABB-nin törəmə müəssisələri olan “Azərbaycan Beynəlxalq Bankı - Moskva” MMC, “Azərbaycan Beynəlxalq Bankı - Gürcüstan” SC, “Beynəlxalq Sığorta Şirkəti” ASC və “Azərikard” MMC-ni əhatə etməlidir.
Tenderin şərtlərinə əsasən, 2013-cü ilin I yarım ili üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının auditinin nəticələri sentyabrın 15-dən, 2013-cü il üzrə isə 2014-cü ilin 1 aprel tarixindən gec olmayaraq təqdim edilməlidir.
Tenderdə iştirak haqqı 1000 manatdır.
Tender təklifləri 2013-cü il mayın 13-dək qəbul olunacaq, mayın 14-də isə qiymətləndiriləcək.
Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə təsis edilib və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i özəl səhmdarlara məxsusdur. ABB-nin səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət