Çərşənbə axşamı Bakıda işə başlayan beynəlxalq seminar iştirakçıları “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanunun Azərbaycanda implementasiyasını müzakirə edirlər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verib.
“İqtisadi cəhətdən inkişaf edən ölkələrin əksəriyyətində ÜDM-nin 80-90%-i əqli mülkiyyət hesabına əldə edilir. Qanun əqli mülkiyyətin bütün növləri üçün hüquqların təmin edilməsinə yeni imkanlar yaradır”, - deyə Müəllif Hüquqları Agentliyinin (MHA) və Avropa İttifaqının TVİNNİNQ layihəsi çərçivəsində təşkil olanan seminar çərçivəsində MHA sədri Kamran İmanov bildirib.
Onun sözlərinə görə, qanun xüsusilə nəzarət markası yapışdırılmayan müəlliflik hüququ və əlaqəli hüquq obyektlərinin nüsxələrinin kommersiya məqsədi ilə satışını qadağan edir.
“Nəzarət markası yapışdırılmayan müəlliflik hüququ və əlaqəli hüquq obyektlərinin nüsxələrinin kommersiya məqsədi ilə satışı bu və ya digər halda zərər gətirəcək. Çünki nəzarət markası yapışdırılmayan məhsulların aşkar edilməsi zamanı iqtisafi sanksiyalar çox güclüdür”, - deyə o bəyan edib.
K.İmanov qeyd edib ki, nəzarət markası yapışdırılmayan müəlliflik hüququ və əlaqəli hüquq obyektlərinin bir nüsxəsinin kommersiya məqsədi ilə satışına görə fiziki şəxslərə 50, vəzifəli şəxslərə 100, hüquqi şəxslərə isə 150 manat cərimə tətbiq ediləcək. O vurğulayıb ki, İnzibati Xətalar Məcəlləsinin yeni maddəsindən irəli gələn tələblər bundan ibarətdir.
“Əqli mülkiyyət hüquqlarının pozulmasının birinci mərhələsi – küçə satışıdır. Bununla piratlar daha çox pul qazanırlar. Bu mərhələdə polisin işi pirat məhsullarının müsadirəsi və pozucuların məhkəməyə verilməsindən ibarətdir”, - deyə İspaniya polisinin nümayəndəsi Alexandro Lopez öz növbəsində bildirib.
Onun sözlərinə görə, bu cür müsadirə ilə bərabər polis daha miqyaslı cinayət olan – qanunsuz məhsulların yayılmasının qarşısını almaqla mübarizə aparır. O qeyd edib ki, bu gün piratçılıq beynəlxalq miqyas alıb, xüsusilə, dünya Çindən gətirilən çoxlu sayda saxta məhsullardan əziyyət çəkir. “Əqli mülkiyyət hüquqlarının pozulmasına gəlincə isə, buna görə cəza yüngüldür. Ağırlaşdırıcı vəziyyətdə əqli mülkiyyət hüquqlarını pozan şəxslər dörd il həbs cəzası ala bilərlər, bu isə çox nadir hallarda baş verir. Əgər biz bu gün bununla mübarizə aparmasaq, o zaman çox böyük problemlərlə üzləşəcəyik”, - deyə o bəyan edib.
A.Lopez qeyd edib ki, əqli mülkiyyət hüquqlarını pozulmasına qarşı mübarizə qanunsuz narkotik dövriyyəsinə qarşı aparılan mübarizə ilə eyni səviyyədə olmalıdır.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət