Bu gün Azərbaycanda təhsilin inkişafı həyata keçirilən dövlət siyasətinin əsasını təşkil edir. Bu barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan şəhərində 10 saylı orta məktəbin yeni binasının istifadəyə verilməsi mərasimində bəyan edib.
“10 saylı orta məktəbdə yaradılan şərait onun kollektivi qarşısında yeni vəzifələr qoyur”, - deyə Naxçıvan MR başçısı bildirib. O vurğulayıb ki, məktəblilər istifadəyə verilən müasir tədris avadanlığından səmərəli yararlanmalı, biliklərə yüksək səviyyədə yiyələnməlidirlər. Məktəbin pedaqoji kollektivi isə ölkənin gələcəyi üçün savadlı və vətənpərvər gənclər tərbiyə verməli, yaradılan şəraitin səmərəli istifadəsini təmin etməlidir.
“2013-cü il ölkədə İKT ili elan edilib. Muxtar Respublikanın orta ümumtəhsil məktəblərində İKT-nin tətbiqi, istifadəsinin genişləndirilməsi cari ildə də prioritet istiqamətdir. 10 saylı orta məktəb həmçinin informasiya-kommunikasiya texnologiyalarla zənginləşdirilib. Məktəbdə quraşdırılan elektron lövhələr, internetə qoşulan kompyuterlər, elekton vəsaitlər tədrisi müasir interaktiv üsullarla təşkil etməyə imkan verir”, - deyə Ali Məclisin sədri qeyd edib.
Onun sözlərinə görə, bu məktəbin uğurları qənaətbəxşdir, nailiyyətlər əldə etməkdə töhfələri olan müəllimlərin əməyi dövlət tərəfindən ləyaqətlə qiymətləndirilib: bir müəllim - Azərbaycanın “Əməkdar müəllimi”, ikincisi - Naxçıvan MR “Əməkdar müəllimi”, digəri - “Tərəqqi” medalı ilə təltif edilib. Ali Məclisin sədri Naxçıvan şəhəri ümumtəhsil məktəblərinin bir qrupəlaçı məktəblilərinə kompyuter komplektləri təqdim edib.
Məktəbin 972 şagirdlik yeni binası müasir tələblər səviyyəsində inşa edilib. Burada 54 sinif otağı var, 4-də elktron lövhələr quraşdırılıb, fənn kabinetləri və laboratoriyalar, hərbi kabinet, 57 kompyuterli 3 kompyuter otağı, yeməkxana, idman zalı, 15 min kitabı olan kitab fondu ilə kitabxana var. Məktəbin həyəti abadlaşdırılıb, müvafiq avadanlıqla açıq idman meydançası yaradılıb.
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət