Azərbaycan Beynəlxalq Bankında (ABB) 2007-2012-ci illərdə elektron bankinq əməliyyatlarının müsbət artım tendensiyası müşahidə olunur. Bu barədə bankın məlumatında bildirilir.
Bankın məlumatına əsasən, ümumiyyətlə 2007-2012-ci illərin nəticələrinə görə elektron bankinq vasitəsilə 76,8 milyon manat məbləğində 2 591 min əməliyyat həyata keçirilib. “2007-ci ildə elektron bankinqin bütün vasitələri ilə 4,9 milyon manat məbləğində 243,8 min əməliyyat aparılmışdırsa, 2012-ci ildə bu rəqəm müvafiq olaraq 14,1 milyon manat və 464,9 min əməliyyat təşkil edib”,- deyə məlumatda bildirilir.
2012–ci ildə aparılmış əməliyyatların sayına görə əməliyyatların 94,5% mobil rabitə ödənişlərin payına düşür . 2011-ci illə müqayisədə əməliyyatların sayı 3.8% artıb. Ümumiyyətlə 2012-ci ildə mobil rabitə haqqını ödəmək üçün müştərilər elektron bankinq vasitəsilə 439 min əməliyyat keçirmiş, ödənişlərin ümumi məbləği 2,63 milyon manat təşkil edib. 2011-сi illə müqayisədə stasionar rabitə ödənişlərin sayı 83,4%, məbləği isə 3 dəfə artıb.
2012 -cı ildə elektron bankinq əməliyyatların ümumi məbləğinin əksər hissəsi (72%) Kart Transfer köçürmələrinin payına düşür, 18,6% isə mobil rabitə haqlarının ödənişləri təşkil edir.
2012–ci ildə elektron əməliyyatların əksər hissəsi ATM və İnternetBank vasitəsilə həyata keçirilib. Əməliyyatların 90%-i ATM vasitəsilə aparılmış, pul hərəkətinin əksər hissəsi (44%) İnternetBank xidməti vasitəsilə aparılıb.
ABB ənənəvi olaraq elektron bankinq xidmətlərinin inkişafına xüsusi diqqət yetirir. Bank daim xidmətlərin mükəmməlləşdirilməsi və yeni xidmətlərin tətbiqi üzərində çalışır. Bu gün ABB müştəriləri bankomat, kompüter və mobil telefonlar vasitəsilə banka gəlmədən hesablarını yoxlamaq, çıxarış almaq, hesabdan köçürmələr aparmaq, , kommunal xidmətlər, internet, mobil və stasionar telefon haqqını ödəmək imkanına malikdirlər. ABB-nin müştərilərinə təqdim etdiyi Cash by Code, Cash In, Cash to any Card, VISA Personal Payments, PIN Set, PIN Activation ən müasir xidmətlərdir. Bu xidmətlər əhəmiyyətli dərəcədə vaxta qənaət etməyə kömək edir və müştərilər tərəfindən məmnuniyyətlə istifadə olunurlar
Azərbaycan Beynəlxalq Bankı müştərilərə daha yüksək səviyyədə xidmət göstərilməsi, yeni bank məhsullarının yaradılması məqsədilə 2013-cü ildə yüksək təhlükəsizlik səviyyəli elektron bankinq əməliyyatlarının spektrini əhəmiyyətli dərəcədə genişləndirməyi planlaşdırır.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən böyük banklarından biridir. Hazırda bankın kapitalında 50,2 % dövlətin, 49,8% özəl səhmdarların payına düşür.Ümumilikdə, ABB-nin səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət