Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2013-cü ildə Azərbaycanda pensiyaların artırılması üçün təkliflər hazırlayır. Bu barədə DSMF sədri Səlim Müslümov çərşənbə günü mətbuat konfransında bəyan edib.
“DSMF-nin 2013-cü ilə büdcəsində pensiyaların artırılması üçün vəsait yatırılıb. Hazırda biz hansı müddətdən və pensiyaların nə qədər artacağından asılı olaraq bu məqsədlərə aid lazımi vəsaitin məbləği göstəriləcək təkliflər hazırlayırıq. 2013-cü il yanvar-fevral ayları ərzində icbari sosial sığorta üçün daxilolmaların nəticələrini gözləyirik. Lakin ilkin məlumatlar ümidvericidir”, - deyə S.Müslümov bildirib.
Onun sözlərinə görə, özəl sektordan daxil olan icbari sosial sığorta üçün daxilolmalar 772,5 mln. manat proqnozunda 883,4 mln. manat təşkil edib. Yanvar-fevral aylarında həmçinin icbari sosial sığorta üçün plan göstəricisindən yüksək səviyyədə daxilolmalar müşahidə edilir. “Cari ilin yanvar-fevral aylarının yekunları üzrə DSMF-nin büdcəsinin profistinin 50 mln. manat təşkil edəcəyini gözləyirik”, - deyə o əlavə edib.
S.Müslümov vurğulayıb ki, 2013-cü il fevralın 12-də DSMF və Maliyyə Nazirliyi arasında birgə aparılan müzakirələrin yekunu olaraq iki dövlət qurumu arasında pensiyaların əhaliyə vaxtında, sabit və dayanıqlı çatdırılmasının təmin edilməsi barədə razılaşma protokolu imzalanıb.
Qrafikə əsasən, pensiyaların vətəndaşların şəxsi hesablarına köçürülməsi Naxçıvan Muxtar Respublikası üzrə hər ayın 11-dək, Bakı şəhərinin rayonları üzrə hər ayın 13-dək, əhalisi məcburi köçkün olan rayonlar üzrə hər ayın 16-dək, respublika tabeli şəhərlər üzrə hər ayın 18-dək, digər rayonlar hər ayın 24-dək, hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçılar üzrə hər ayın 29-dək yekunlaşdırılacaq.
“Bu cür qrafik bizə imkan verir ki, pensiyaçıların hesablarına vaxtında pensiyaları köçürək. Bundan başqa, Maliyyə Nazirliyi ilə imzalanan protokolda nəzərdə tutlub ki, DSMF-də pensiyaların verilməsi qrafikinə riayət edilməsi üçün kifayət qədər vəsaitin olmadığı zaman nazirlik Fonda vəsaitləri avansla köçürəcək. Ümumilikdə, Maliyyə Nazirliyi hər ayın 1-dək DSMF-nin xəzinədatr hesabına dövlət büdcəsindən transfertlər çərçivəsində vəsaitlər köçürəcək (2013-cü ilə - 1 mlrd. 77 mln. manat –İF-Az, bu vəsait hər ay üçün paylaşdırılıb)”, - deyə o qeyd edib.
DSMF sədri vurğulayıb ki, 2013-cü il fevral ayı ərzində respublikada əhaliyə pensiyaların ödənilməsi üçün 199,067 mln. manat vəsait lazımdır. Bu vəsaitdən pensiyaların ödnilməsi üçün müəyyən edilmiş qrafik çərçivəsində artıq 147,110 mln. manat köçürülüb. Bundan başqa, 2013-cü il fevralın 1-nə DSMF-nin xəzunədar hesabında 15,514 mln. manat nmıbləğində azad vəsait mövcuddur. Bu vəsait həmçinin pensiyaların verilməsi üçün istifadə olunacaq. Qalan vəsait müəyyən edilmiş qrafikə əsasən pensiyaçıların hesabına köçürüləcək.
S.Müslümov əlavə edib ki, respublikada martda Novruz bayramı qeyd olunacaq (20-26 mart – İF-Az) . 2013-cü il mart ayı ərzində pensiyalar pensiyaçıların hesabına bütün rayonların sakinləri üçüb bayramdan əvvəl köçürüləcək.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət