Mərkəzi Bank kommersiya banklarına 100 manatlıq əskinasların nağd məxarici üzrə 0,3% tarif müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
“Aparılan qiymətləndirmələr və monitorinqlərin nəticəsində ölkə ərazisində nağd pulla əməliyyatların səmərəliliyin artırılması, pul nişanlarının nominal strukturunun optimallaşdırılması, hesablaşmalarda nağd puldan istifadənin azaldılması və nağdsız ödəniş sistemlərindən istifadənin stimullaşdırılması məqsədilə 1 fevral 2013-cü il tarixindən etibarən Mərkəzi Bank tərəfindən 100 manatlıq əskinasların nağd məxarici üzrə 0,3% tarif müəyyən olunub”, - deyə AMB-nin məlumatında bildirilir.
AMB-nin məlumatına əsasən, son yeddi il ərzində 100 manatlıq əskinasın tədavüldə xüsusi çəkisi 75%-ə qədər artıb, bu da beynəlxalq təcrübədə qəbul edilən normadan yüksəkdir.
“Bu addım 100 manatlıq əskinasa tələbi azaltmaqla müvafiq əskinasın xüsusi çəkisini azaldacaq, bu isə tədavüldə nağd pulun strukturunun optimallaşdırılmasına imkan verəcək”, - deyə AMB-də qeyd ediblər.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət