İqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 17-18-də Bosniya və Hersoqovinada səfərdə olub.Səfər çərçivəsində bu ölkənin rəhbərliyi ilə bir sıra görüşlər keçirilib.
İqtisadi İnkişaf Nazirliyinin məlumatında bildirilir ki, Azərbaycan nümayəndə heyəti ilə Bosniya və Hersoqovinanın Rəyasət heyətinin üzvü Bakir İzetbekoviç arasında görüş olub.
Tərəflər iqtisadi və s. sahəldə əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar.
Nümayəndə heyəti Bosniya Hersoqovinanın XİN başçısı Zlatko Laqumjia ilə də gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsini aparıb.
Fevralın 18-də Banya-Luka şəhərində Bosniya və Hersoqovina-Azərbaycan biznes forumu keçirilib.Tədbirdə Bosna və Hersoqovinanın prezidenti Milorad Dodik və Şahin Mustafayev həmçinin, neft, bank, tikinti, sənaye, turizm, ASK cektorlarında fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
Biznes forumda çıxış edən Bosna və Hersoqovinanın baş naziri Aleksandr Combiç böyük iqtisadi potensialın mövcudluğunu qeyd edərək, iki ölkənin iş adamlarını sıx əməkdaşlığa dəvət edib.
Ş.Mustafayev ölkələr arasında siyasi münasibətlərin yükək səviyyədə olduğunu bildirərək əlavə edib ki, bu münasibətlər qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanır.
“Bakıdakı küçələrdən biri Sarayevo adalndırılıb.Azərbaycanda Bosniya və Hersoqovina –Azərbaycan Dostluq Assosiasiyası fəaliyyət göstərir.Bundan əlavə, Sarayevoda Xocalı faciəsinin qurbanlarına həsr edilmiş abidə qoyulub”,- deyə Ş.Mustafayev bildirib.
Onun sözlərinə görə, biznes forumlar və bu cür tədbirlər ticari- iqtisadi əlaqələrin yaradılmasında və möhkəmləndirilməsində vacib rol oynayır.
Səfər çərçivəsində Azərbaycanın iqtisadi inkişaf naziri Ş.Mustafayevlə A.Combiç və Bosniyanın iqtisadi işlər və regional əməkdaşlıq naziri Jelko Tsviyanobiç arasında ikitərəfli görüşlər keçirib.Görüşlərdə gələcək əməkdaşlığın perspektivləri müzakirə mövzusu olub.
Azpromo İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqustunda fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət