“Aqrolizinq” ASC 2005-2012-ci illərdə aqroservis filiallarının tikintisi, kənd təsərrüfatı texnikası və avadanlığın alınmasına 493,32 mln. manat yönəldib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
“Bu vəsaitdən 190,72 mln. manat - kənd təsərrüfatı texnikası, 113,79 mln. manat -texnoloji avadanlıq, 114,55 mln. manat - minreal gübrələrin, 22,86 mln. manat - cins mal-qara alınmasına sərf edilib. 50,5 mln. manat – infrastrukturun tikintisinə, qalanı – digər məqsədlərə yönəlib”, - deyə cəmiyyətin nümayəndəsi bildirib.
Bu dövrdə “Aqrolizinq” xətti ilə ümumi tutumu 54,8 min ton olan 39 anbar kompleksləri tikilib, 27,2 min hektar sahədə 14 istixana təsərrüfatı yaradılıb.
Bundan başqa, dövlət büdcəsinin, digər mənbələrdən cəlb edilən vəsaitlər hesabına cəmiyyət 6 regional logistik baza, 34 müasir aqroservis filial və təmir emalatxanaları inşa edib.
2005-2012-ci illərdə cəmiyyətin xətti ilə 14,45 min ədəd kənd təsərrüfatı texnikası, o cümlədən 4 262 traktor, 1 035 kombayn alınıb və lizinqə verilib.
Bundan başqa, ayırılan vəsait hesabına 6290 baş cins mal-qara alınıb və yerli fermerlərə satılıb.
Fermerlərin mineral gübrələrə olan ehtiyaclarını nəzərə alaraq, “Aqrolizinq” 315 min ton müxtəif gübrələr alıb.
“Aqrolizinq” ASC 2004-cü ildə yaradılıb və Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət