Azərbaycan Turkiyə İş Adamlari Birliyi(ATIB) üzvlərinin Azərbaycan iqtisadiyyatına investisiyaları 2014-cü ilə qədər 4 mlrd. manata çatdırılacaq. ATIB İdarə Heyətinin sədri Camal Yanqın cümə günü mətbuat konfransında belə söyləyib.
“Yarandığı 2004-cü ildən bəri ATIB üzvlərinin Azərbaycan iqtisadiyyatına investisiyaları 3 mlrd. manat təşkil edib.2014-cü ilə qədər biz bu rəqəmi 4 mldr. manata çatdırmağı planlaşdırırıq”,- deyə C.Yanqın bildirib.
Biz investisiyaları əsasən kiçik və orta sahibkarlıq hesabına artırmaq fikrindəyik. Biz ölkədə sahibkarlar üçün yaradılmış şəraitdən istifadə etmək niyyətindəyik.Texnoparkların işində iştirak bizi daha çox maraqlandırır”,- deyə birliyin rəhbəri vurğulayıb.
ATIB başçısının sözlərinə görə, hər iki ölkənin sahibkarlarının əsas məqsədi üçüncü ölkələrin bazarında tərfdaş kimi iştirak etməkdir.
“Sahibkarlar ilk gündən güzəştlər axtarmamalıdırlar, əsas olan sabit iqtisadiyyatdır ki, bu da Azərbaycanda var.Biz hər hansı bir “hab” yarada bilərik”,- deyə C.Yanqın söyləyib.
Onun sözlərinə görə, cümə günü Türkiyə Xarici İqtisadi Əlaqələr Təşkilatı (DEİK) nəzdində fəaliyyət göstərən Dünya Türk İş Şurası (DTİK) Avrasiya Bölgə Komitəsinin Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşü təşkil olunub.Görüşdə iqtisadiyyat, investisiyaların cəlb edilməsi və s. sahələrdə bir sıra məsələlər müzakirə edilib. “Görüşdə ikitərəfli investisiya məsələlərindən də danışılıb”,- deyə o qeyd edib.
C.Yanqın əlavə edib ki, Türkiyədə 900-ə yaxın Azərbaycan şirkəti mövcuddur və onların əsas hissəsi qeyri- neft sektorunda fəaliyyət göstərir.
ATIB sədri eyni zamanda DTIK İdarə Heyətinin üzvüdür.
ATIB 2004-cü ildə Türkiyə və Azərbaycan sahibkarlıq subyektləri nümayəndələrinin iştirakı ilə yaradılıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət