Milli Məclisin cümə günü keçirilən plenar iclasında “Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi ilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin(Trans-Anadolu Pipeline TANAP-İF-Az) inşasına dair Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Anlaşma Memorandumu” təsdiq edilib.
Sənədin mətnini təqdim edən Milli Məclisin vitse –spikeri, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov qeyd edib ki, Memorandum 2011-ci il dekabrın 24-də imzalanıb.
“Memorandum Azərbaycan qazının tranziti və müstəqil boru kəmərlərinin tikintisi üzrə sazişlər paketinin bir hissəsidir.Müqavilənin vacib elementlərindən biri odur ki, hər iki tərəf bu layihəni prioritet olaraq qiymətləndirir və SOCAR şirkətinə(Azərbaycan Dövlət Neft Şirkəti, ARDNF) 80%-lik iştirak payı ilə əlavə səlahiyyət verirlər. Sənədə əsasən, payın müəyyən hissəsinin üçüncü tərəfə verilməsi mümkündür”,- deyə V.Ələsgərov bildirib.
Onun sözlərinə görə, gələcəkdə parlamentdə bununla əlaqədar əlavə sazişlərin ratifikasiya edilməsi gözlənilir.
Memoranduma əsasən, Azərbaycan qazının Türkiyə ərazisindən nəqlini təmin edəcək kəmərin illik gücü 16 mlrd. kubmetr təşkil edəcək və bu həcm gələcəkdə artırıla bilər.Qazın uzunmüddətli tranziti barədə müqavilələri SOCAR şirkəti bağlayacaq. Şirkət Türkiyə tərəfinə müqavilələr barədə məlumat verməyi öhdəsinə götürür.
Qaz kəmərinin tikintisi Azərbaycan və Türkiyə hökumətlərinin yaratdığı konsorsium tərəfindən həyata keçiriləcək. Azərbaycan tərəfindən konsorsiumda üçüncü tərəfin müəyyən edilməsi üzrə səlahiyyət SOCAR şirkətinə Türkiyə tərfindən isə BOTAS və ya TRAO şirkətinə verilir.
Konsorsiumda Azərbaycanın payı 80%, Türkiyənin pay 20% təşkilı edir.Layihənin texniki iqtisadi əsaslandırması və bununla əlaqədar digər işlər Türkiyə tərəfinin dəstəyi ilə SOCAR tərəfindən həyata keçiriləcək. Bu işlərə çəkiləcək xərcləri SOCAR öz üzərinə götürür.
Xəbər verildiyi kimi, 2012-ci il noyabrın 20-də Azərbaycan parlamenti “Təbii qazın Türkiyə ərazisindən tranziti, tarifləri, satışı” və “Trans-Anadolu (TANAP) qaz kəməri sistemi” haqqında Azərbaycan-Türkiyə hökumətlərarası sazişini ratifikasiya edib.
Trans Anadolu Pipeline qaz kəməri Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Yeni qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcək – 10 mlrd. kubmetr Avropa və 6 mlrd. kubmetr Türkiyənin qərb regionları üçün.
TANAP qaz kəməri layihəsindəTürkiyənin BOTAS və TRAO şirkətləri 20%, SOCAR şirkəti 80% pay sahibidir
Xəbər verildiyi kimi, “Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya olunub. “Şahdəniz” layihəsinin iştirakçıları: “BP” (operator – 25,5%), “Statoil” (25,5%), SOCAR (10%), “LUKoil” (10%), “NICO” (10%), “TotalFinaElf” (10%) və “TPAO” (9%) şirkətləridir.
Mərhələ-2”nin dəyəri $28 mlrd. məbləğində qiymətləndirilir. “Mərhələ-2” üzrə qaz hasilatı 2017-ci ildə nəzərdə tutulub. İllik hasilat həcmi 16 mlrd. kubmetr qaz təşkil edəcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət