Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Dövlət Miqrasiya Xidməti (DMX) yaxın vaxtlarda respublikada işləyən xarici əmək miqrantları haqqında məlumat bazasının birləşdirilməsinə dair müqavilə imzalamaq niyyətindədir.Fondun rəhbəri Səlim Müslümov çərşənbə günü Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri ilə görüşdən qabaq jurtnalistlərə açıqlamasında belə söyləyib.
“Hazırda DSMF sığortaçılar və sığorta olunan vətəndaşlar barəsində məlumat bazasına malikdir.Bu bazaya həmçinin, Azərbaycanda çalışan xarici əmək miqrantları haqqında məlumatlar da daxil edilib.Lakin biz bütün bazanı DMX-yə təqdim edə bilmərik, çünki bəzi məlumatlar məxfi xarakter daşıyır”,- deyə S.Müslümov qeyd edib.
Onun sözlərinə görə, DMX-yə xarici əmək miqrantları barədə məlumatlar təqdim ediləcək. Bununla yanaşı, bazaya iş yeri və şəxsiyyəti təsdiq edən sənədlər barədə və digər məlumatlar daxil ediləcək.
“Hazırda biz bu cür bazanın formalaşdırılması prosesini başa çatdırmaq üzrəyik. Yaxın günlərdə işlər sona çatdırılacaq, bundan sonra DMX ilə müqavilə bağlanacaq.DMX rəhbərliyi ilə müvafiq razılıq əldə edilib.Öz tərəfindən DMX Azərbaycanda işləməsinə icazə verilmiş xarici vətəndaşlar barədə məlumat bazasını bizə təqdim edəcək”,- deyə S.Müslümov əlavə edib.
O söyləyib ki, hazırda DSMF-də 13,5 mindən çox xarici əmək miqrantı qeydə alınıb, onlardan əksəriyyəti Türkiyə vətəndaşlarıdırlar.Ümumilikdə, bazaya dünyanın 70-dən çox ölkəsindən gəlmiş əmək miqrantı haqqında məlumatlar daxil edilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət